Title

A REVIEW OF THE BOOK "THE LIFE OF THE PROPHET (VOLUME I)"
History of Science 5 (4):99-102 (2024)

Cite

Cite

APA:
Damirzade, M. [2024]. A REVIEW OF THE BOOK "THE LIFE OF THE PROPHET (VOLUME I)". History of Science journal, 5(4), pp.99-102. https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.99-102

Abstract

Keywords

.

References



History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.99-102 p-ISSN 2790-0029; e-ISSN 2790-0037

99

“PEYĞƏMBƏRİN HƏYATI (I CİLD)” KİTABI HAQQINDA

Mehrab Dəmirzadə1

UOT: 929.; 02.
KBT:
91.9: 78; 78;
HoS:
43
DOI:
10.33864/2790-0037.2024.v5.i4.99-102



Kitabın adı: Peyğəmbərin həyatı (I cild)
Müəllif: Məhəmməd Qəzali
Kitabın dili: Ərəb
Tərcümə edən: Elvüsal Məmmədov
Nəşr ili: 2015
Səhifəsi: 408
Nəşriyyat: İdrak İctimai Birliyi
Ölkə: Azərbaycan
ISBN: 978-9952-484-99-1



1. Magistrant, İslamşünaslıq ixtisası, Azərbaycan İlahiyyat İnstitutu; Bakı, Azərbaycan
E-mail: demirzadeh.mehrab@gmail.com
https://orcid.org/0000-0001-7955-0790
Məqaləyə istinad: Dəmirzadə, M. [2024]. “Peyğəmbərin Həyatı (I Cild)” Kitabı Haqqında. History of Science jurnalı, 5(4), səh.99-102.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.99-102

Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 09.09.2023

Təkrar işlənməyə göndərilmişdir: 15.01.2024
Çapa qəbul edilmişdir: 27.09.2024

ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 99-102

100

1.Mövzunun əhəmiyyəti və kitabın yazılmasındakı məqsəd
Həzrət Muhəmməd Peyğəmbər (s.ə.a.s) İslam dini inancına görə Xatəmul-ənbiya, yəni

peyğəmbərlərin sonuncusu və vəhy olaraq müqəddəs Qurani-Kərim kitabı ilə gələn
şəxsdir. Dinin təbliğ edilməsi və yayılmasında müstəsna rolu olmaqla bərabər, həm də dini
ən gözəl şəkildə həyatına tətbiq edərək yaşamış nümunədir. Ona görə də Peyğəmbərin (s)
həyatı və necə yaşaması İslam dininə inanan şəxslər üçün əhəmiyyətli olmuş, hər dövrdə
bu müqəddəs insandan örnəklər alınmış, müsəlmanlar da ona bənzəməyə çalışmışlar. Ona
görə də bu dini anlamaq üçün Peyğəmbərin (s) mübarək həyatı öyrənilməli və
araşdırılmalıdır.

“Peyğəmbərin həyatı (I cild)” kitabında da əziz İslam peyğəmbəri Həzrət
Muhəmməddən (s) və onun həyatından bəhs olunur. Ərəbistan yarımadasında zühur edib
Azərbaycan da daxil olmaqla Çindən İspaniyaya qədər geniş əraziyə yayılan və hazırda
mənsublarının sayı 2 milyarda çatan İslam dininin peyğəmbəri olduğunu nəzərə alsaq, bu
insanın şəxsiyyəti və mübarizəsinin tədqiq edilməsi bizim üçün əhəmiyyət kəsb edir.
Kitabın yazılmasında əsas məqsəd böyük bir mədəniyyətin əsasını qoymuş şəxsin
həyatınının anlaşılması və qiymətləndirilməsidir. Bunu müəllif özü Ön söz qismində belə
qeyd edir:

“Bunu ona görə etmişəm ki, Peyğəmbərin həyatı – “sirə” imanı gücləndirsin, əxlaqı
gözəlləşdirsin, mübarizliyi artırsın, haqqın qəbul edilib qorunmasına həvəs oyatsın, bütün
bunlara dair misilsiz misalları özündə ehtiva etsin”.

2.Müəllif haqqında qısa məlumat
Məhəmməd əl-Qəzali ərəb əsilli İslam alimi və mütəfəkkiridir. O, “əs-Sünnətün-

Nəbəviyyə bəynə Əhlil-fiqh və Əhlil-hədis” (1984), “Fiqhus-Sirə” (1989), “Huququl-
İslam” (1989) kimi əsərləri ilə tanınır. Qəzali 1917-ci ildə Misirdə dünyaya gəlmiş, 10
yaşında Quranı əzbərləmişdir. Dini təhsilini isə məşhur “əl-Əzhər” universitetində
almışdır. 1937-ci ildə Əzhəri-Şərifin “Üsul əd-din” (Dinin əsasları) fakültəsinə daxil
olmuşdur. Dövrün ziyalı alimlərindən dərs almışdır. Universitetdə oxuyarkən məqalələr
yazmış və akademik mətbuatda çap etdirmişdir.

Qurani-Kərim və Quran elmlərinə marağı güclü olmuş, bu sahəni dərindən
öyrənmişdir, o cümlədən Şərq və Qərb fəlsəfəsi, iqtisadiyyat, sosiologiya, sənətşünaslıq
kimi sahələrlə də maraqlanmışdır.

Uzun müddət Din işləri və Vəqflər Nazirliyində çalışmış, Səudiyyə Ərəbistanı, Qətər
və Əlcəzair kimi ölkələrdəki universitetklərdə elmi fəaliyyətlə məşğul olmuşdur. Bir çox
universitetdə isə dini çıxışlar etmişdir. Əllidən çox əsər yazmış, fəaliyyətlərinə görə bir
çox mükafatlar da almışdır.

Məhəmməd Qəzali 1996-cı ildə Ərəbistanda ər-Riyad şəhərində dünyasını dəyişmiş və
Bəqi qəbiristanlığında dəfn edilmişdir.

3.Kitabın təsviri
Kitab Peyğəmbərdən (s) əvvəlki vəziyyəti izah etməkdən tutmuş Mədinə dövründə

Qureyşlə hərbi toqquşmalara qədər baş verən hadisələri əhatə edir. Əsər özü 2 (iki) cilddən
ibarətdir. Mən sadəcə birinci cildə fikir bildirmişəm. Kitabın 6 (altı) fəsli vardır:
“Peyğəmbərlik və İmam”; “Doğuluşdan peyğəmbərliyədək”; “Dəvət cihadı”; “Hicrət:
Müdəqqəm şərtləri və nəticələri”; “Yeni cəmiyyətin qurulması” və “Qanlı mübarizə”.

Orojinal dili ərəbcə olan Azərbaycan dilinə tərcümə olunmuş bu kitab 2015-ci ildə
İdrak İctimai Birliyi tərəfindən nəşr edilmişdir. İndi isə 6 fəsil olan kitabın fəsillərinə
nəzər salaq:
3.1.I Fəsil

Bu fəsildə qədim mədəniyyətlərdə və cəmiyyətlərdə bütpərəstlik düşüncələri, son
peyğəmbər olacaq şəxsin xüsusiyyətləri, ərəblərin həmin dövrdəki vəziyyəti, Quran-Sünnə

Mehrab Damirzade
A REVIEW OF THE BOOK "THE LIFE OF THE PROPHET (VOLUME I)"

101

və Peyğəmbərin (s) başına gələn qeyri-adi hadisələrdən bəhs olunur. Müəllif bütpərəstliyin
qədim dövrlərdə necə tüğyan etməsindən və peyğəmbərlərin insanları haqqa dəvət
etməsinə baxmayaraq insanların çaşbaş qalmasından nümunələr verir. Həqiqətən də tarixin
səhifələrini azca vərəqləyərək bunları görə bilərik. İran, Hindistan, Çin kimi müxtəlif
ərazilərdə bütpərəstliyin yayıldığını bilirik. Allahın elçiləri də ilahi həqiqətləri zamanla
insanlara çatdırsa da sonralar şirk bu həqiqətlərə sirayət etmiş və tövhidə qarışmış şirk
meydana çıxmışdır. Haqqı tanıyan az qisimdən başqa insanların çoxu ilahi həqiqətlərdən
uzaq qalmışdılar.

“Son peyğəmbərliyin xüsusiyyətləri” başlığında peyğəmbərin göndərilməsinə
ehtiyyacın olmasının, onun şəxsiyyətinin əhəmiyyətinin sadə və aydın şəkildə izah
edildiyinin şahidi oluruq. “Ərəblər peyğəmbərin göndərildiyi dövrdə” başlığında isə Allah
Rəsulunun yaşadığı əsrdə (VII) insanalrın dünyagörüşünə, elmi vəziyyətlərinə toxunulur,
cəmiyyyətdə üstünlüyün meyarının nə olması vurğulanır. Lakin bu fəsildə ərəb
cəmiyyətinin ancaq acınacaqlı halı önə çəkilmiş, müsbət cəhətlərinə isə toxunulmur.
İnsanların nəfsi istəklərinin qurbanı olmasından, şəhvətə aldanmaları, Allahı və axirəti
inkar etmələri, var-dövlət və cəh-cəlal ardınca qaçmaları, dünyaya alüdəlik, qəbilə
təəssübkeşliyi və bunun doğurduğu qəbilələrarası müharibələr, lovğalığın, təkəbbürün
zirvəyə çatmasından söz edilir. Bir sözlə insanların zəlalət içində olmasına vurğu edilir.
Əlbəttə bunlar həqiqətdir, amma əhali tamamilə belə idi və heç bir müsbət cəhət yox idi də
deyə bilmərik. Həmin cəmiyyətdə şeir və ədəbiyyatın inkişafını, hərbi cəhətdən
təcrübələrinin olmasını, Hənif dininə mənsub olan, Tək Allaha inanan bəzi şəxslərin var
olduğunu da qeyd etmək olardı.
3.2. II Fəsil

Bu fəsildə Peyğəmbərin (s) uşaqlığından, səfərə çıxması və rahib Bəhira ilə
görüşməsindən, çətin dövrlərdən keçməsindən, gəncliyi və ailə qurmasından, Hira
mağarasına getməsindən, ilk vəhyin nazil olmasından söhbət açılır. “Sinənin yarılması”
başlığında Peyğəmbərimizin (s.ə.a.s) qəlbinin yuyulması təsvir edilir və hədislərdən
nümunələr də verilir. Köksün əslində təkcə uşaqlıqda deyil, Allah Rəsulu (s) yaşa
dolduqdan sonra yenidən baş verdiyini göstərir. Onu da qeyd edək ki, bu məsələdəki
zidiyyətli məqamlara tam aydınlıq gətirilməyib. Çünki kitabın müraciət etdiyi hədislərin
əksəriyyəti zəifdir. Düzdür, müəllif belə hədislərə müraciət etməsinin səbəbini əsərin
əvvəlində izah edir, amma yenə də mənbələrin zəif olması kitabın nöqsanlı tərəfi kimi
qəbul edilə bilər. Həm də belə düşünülə bilər ki, demək Peyğəmbərin (s) qəlbi çirklənmiş,
mənfi şeylərlə dolmuşdur ki, təmizlənməyə də ehtiyyac olmuşdur. “Rahib Bəhira” adlı
başlıqda da balaca Muhəmmədin (s) 12 və ya 13 yaşı olarkən əmisi ilə Şama səfər
etməsindən bəhs olunur. Burada xristian rahiblə qarşılaşır və o da Muhəmmədin (s)
sonuncu peyğəmbər olacağını hiss edir. Bu hədis bir çox mənbələrdə keçir. Lakin müəllif
mühəqqiq alimlərin bu əhvalatın uydurma olduğunu dediklərini yazır. Maraqlısı budur ki,
həmin alimlərdən heç olmasa birinin adını qeyd etmir, bu da insanda şübhə doğurur.

Bu fəsildə ərəb cəmiyyətində olan bəzi müsbət xüsusiyyətlərə və hadisələrə də
toxunulur.
3.3.III Fəsil

Üçüncü fəsildə Həzrət Peyğəmbərin (s) ilk dəvətindən, İslamı qəbul edənlərdən,
Həbəşistana hicrtələrdən, baykot və hüzn ilindən, İsra və Meracdan, namazın vacib
edilməsindən və s. əhəmiyyətli hadisələrdən danışılır. Mədinə şəhərinə köç edilənə kimi
olan çətinliklər, Peyğəmbərə (s) və səhabələrinə edilən zülm, Allah Rəsulunun (s) sevimli
həyat yoldaşını və himayəçi əmisini itirməsi, müsəlmanların din yolunda apardığı
mübarizə gözəl bir şəkildə təsvir edilmişdir.
3.4.IV, V və VI Fəsillər

Bu fəsillərdə Mədinəyə hicrət, Allah Rəsulunun (s.ə.a.s) hər kəsi yola salıb axırda Əbu
Bəkrlə birgə yola çıxması, təqibçilərdən necə qurtulması, baş verən möcüzələr,

ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 99-102

102

müsəlmanların şəhərə çatması və məskən salmaqları, ilk məscidin tikilməsi, ənsar və
mühacirlər arasında qardaşlıq əqdinin bağlanması, qeyri-müsəlman əhali ilə münasibətlər,
Peyğəmbərin (s) dövlət başçısı kimi nümunəvi şəxsiyyəti, Qureyşlə olan qanlı
mübarizələr, qəzvə və səriyyələr, yahudilərlə müsəlmanlar arasında sülhün pozulması,
müşriklərlə olan müharibələr ələ alınıb.

4.Qiymətləndirmə
Beləliklə, əsərin sadə dildə və maraqlı üslübda yazıldığını, lakin bəzi nöqsanlı

məqamların olduğunu deyə bilərik. Bəzi mövzu və hadisələrə yenidən baxılmasına
ehtiyyacın olduğunu düşünürəm.

5.Nəticə
Nəticə olaraq deyə bilərik ki, əsər yaxşı yazılıb, çox əhəmiyyətli məqamlara və

mövzulara toxunulub. Bir çox hadisələr aydın və açıq şəkildə təsvir olunub. Lakin müsbət
cəhətləri ilə bərabər mənfi cəhətləri də vardır. Əsərdə bəzi nöqsanlar və qaranlıq məqamlar
vardır ki, onlar yuxarıda qeyd edilmişdir. Çox güman bu problem zəif hədislərdən və
müəllifin diqqətsizliyindən meydana gəlmişdir. Ümumi olaraq əsərin yazılmasındakı
məqsədi də nəzərə alsaq, Peyğəmbərimizin (s) həyatına yönələn yeni yanaşmaları və
izahları müsbət dəyərləndirmək olar.