History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.82-90 p-ISSN 2790-0029; e-ISSN 2790-0037
82
ARCHAEOLOGICAL CULTURE OF GANIKHCHAY (ALAZAN)
Badirjahan Mammadova1
UDC: 902
LBC: 63.48(5)
HoS: 41
DOI: 10.33864/2790-0037.2024.v5.i4.82-90
Keywords:
Archaeology
Gakh
Teaching
Important artifacts
ABSTRACT
One of the important and insufficiently resolved issues in modern
Azerbaijani historiography and archeology is the archaeological culture of
Ganikhchay (Alazan). The relevance of the article is to solve the tasks set
for the solution of this problem.
For the first time in the article, material culture findings representing
the archaeological culture of Ganikhchay (Alazan) were studied, different
and new scientific conclusions were obtained. The application of these
results, which constitute the scientific innovation of the article, in secondary
and higher educational institutions is one of the important requirements of
today.
As a result of the article, it was once again emphasized that these
materials are important to be applied in the teaching process, and it was
recommended to cover them in relevant publications. In a number of state-
level events, including in the field of tourism, the opinion that museum
materials are important has been expressed.
1. Scientific worker,"Iron Age archeology" department, Institute of Archeology and Anthropology of ANAS; Baku, Azerbaijan
E-mail: bcahan1957@gmail.com
https://orcid.org/0009-0003-0881-9598
To cite this article: Mammadova, B. [2024]. Archaeologıcal Culture of Ganikhchay (Alazan). History of Science journal, 5(4), pp.82-
90.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.82-90
Article history:
Received: 20.09.2024
Accepted: 28.10.2024
History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.82-90 p-ISSN 2790-0029; e-ISSN 2790-0037
83
QANIXÇAY (ALAZAN) ARXEOLOJİ MƏDƏNİYYƏTİ
Bədircahan Məmmədova1
UOT: 902
KBT: 63.48(5)
HoS: 41
DOI: 10.33864/2790-0037.2024.v5.i4.82-90
Açar sözlər:
Arxeologiya
Qax
Tədris
Mühüm artefaktlar
ANNOTASİYA
Müasir Azərbaycan tarixşünaslığı və arxeologiyasında önəmli olan və
həllini yetərincə tapmamış məsələlərdən biri də Qanıxçay (Alazan) arxeoloji
mədəniyyətidir. Məqalənin aktuallığını məhz bu problemin həlli üçün
müəyyən edilmiş vəzifələri həll etmək təşkil edir.
İlk dəfə olaraq məqalədə Qanıxçay (Alazan) arxeoloji mədəniyyətini
təmsil edən maddi mədəniyyət tapıntıları tədqiq edilmiş, fərqli və yeni elmi
qənaətlər əldə edilmişdir. Məqalənin elmi yeniliyini təşkil edən bu
nəticələrin orta və ali tədris müəssisələrində tətbiqi günümüzün önəmli
tələbatlarındandır.
Məqalə nəticəsində bu materialların hazırda tədris prosesində də tətbiq
edilmə üçün vaciblik kəsb etməsi bir daha vurğulanmış, müvafiq nəşrlərdə
işıqlandırmaq tövsiyyə edilmişdir. Dövlət səviyyəli bir sıra tədbirlərdə, o
cümlədən turizm sahəsində muzey materiallarının önəmli olması qənaəti
bildirilmişdir.
1. AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Dəmir dövrü arxeologiyası” şöbəsinin elmi işçisi; Bakı, Azərbaycan
E-mail: bcahan1957@gmail.com
https://orcid.org/0009-0003-0881-9598
Məqaləyə istinad: Məmmədova, B. [2024]. Qanıxçay (Alazan) Arxeoloji Mədəniyyəti. History of Science jurnalı, 5(4), səh.82-90.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.82-90
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 20.09.2024
Təkrar işlənməyə göndərilmişdir: 18.10.2024
Çapa qəbul edilmişdir: 28.10.2024
History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.82-90 p-ISSN 2790-0029; e-ISSN 2790-0037
84
АРХЕОЛОГИЧЕСКАЯ КУЛЬТУРА ГАНЫГЧАЯ (АЛАЗАНИ)
Бадирджахан Маммадова1
УДК: 902
ББК: 63.48(5)
HoS: 41
DOI: 10.33864/2790-0037.2024.v5.i4.82-90
Ключевые слова:
Археология
Гах
Учёба
Важные артефакты
АННОТАЦИЯ
Среди вопросов современной историографии и археологии
Азербайджана археологическая культура Ганыгчая (Алазани)
является важной, но недостаточно изученной. Решение задач,
вытекающих из данной проблемы составляет актуальность статьи.
Впервые в статье исследованы материальные культурные
находки археологической культуры Ганыгчая (Алазани), выявлены
новые научные заключения, отличающие от прежних. Важным
требованием современности является внедрение этих выводов в
учебный процесс средних и высших увебных заведений. Данный
вывод является научной новизной статьи.
В заключении повторно отмечена важность включения в
учебный процесс таких материалов, рекомендовано освещение их в
соответствующих изданиях. В ряде мероприятий государственного
уровня, в том числе в сфере туризма, высказывалось мнение о
важности музейных материалов.
1. научный сотрудник Института Археологии и Анропологии НАНА; Баку, Азербайджан
E-mail: bcahan1957@gmail.com
https://orcid.org/0009-0003-0881-9598
Цитировать статью: Маммадова, Б. [2024]. Археологическая Культура Ганыгчая (Алазани). Журнал History of Science, 5(4),
с.82-90.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.82-90
История статьи:
Статья поступила в редакцию: 20.09.2024
Отправлена на доработку: 18.10.2024
Принята для печати: 28.10.2024
Badirjahan Mammadova
ARCHAEOLOGICAL CULTURE OF GANIKHCHAY (ALAZAN)
85
1.Giriş
Alazan və İori çaylarının məruz qaldıqları təbii və tarixi dəyişikliklər Cənubi
Qafqazın coğrafiyası və tarixinə də əsaslı təsirini göstərmiş, etnoloji və arxeoloji
araşdırmalar isə artefaktların özünəməxsus xüsusiyyətlərini aydın etməyə yardım etmişdir.
Belə mədəniyyət qalıqları sırasında Qanıxçay (Alazan) ərazisində aşkarlanmış
müxtəlif tarixi dövrlərə aid saxsı məmulatı ardıcıl mədəniyyətin inkişafını təmsil edən
dəyərli faktlardır. Belə arxeoloji tapıntılar Qax rayonunun Lələli, Qum, Ləkit, Minbərək
kəndlərində aşkarlanıblar.
Qax Tarix-Diyarşünaslıq Muzeyində qorunan belə tapıntılar milli tariximizi “Alazan
arxeoloji mədəniyyəti” adı ilə tədqiq etmək üçün məqsədəuyğundur. Bu qənaəti xüsusən
Azərbaycanın şimal-qərb rayonlarında aşkarlanan materiallara aid etmək mümkündür.
Muzeydə qorunan numizmatik materiallar sırasında orta əsrlər dövrünün pul
təsərrüfatını açıqlayan gümüş və mis sikkələr önəmli vasitələrdir. Şəddadilər, Azərbaycan
Atabəyləri (Eldənizlər), Qaraqoyunlu, Ağqoyunlu, Şirvanşahlar (Kəsranilər) dövrünün
dirhəmləri və təngələrinin tədqiqi dövrün hökmdarlarının titulları, zərbxana-şəhərləri
açıqlamağa vasitəçilik edir. Səfəvilər, Azərbaycan xanlıqları (Gəncə xanlığı, Qarabağ,
Şirvan, Şəki, Quba, İrəvan, Naxçıvan) dövrünə aid sikkələr isə son orta əsrlərdə
Azərbaycanda işlənən sikkə nominallarının zərbində riayət olunan çəki sistemini, dövrün
şəhərlərini və d. məsələlərini təmsil edir. Qeyd etdiyimiz numizmatik materiallar yerli və
xarici ticarəti də müəyyən etməyə yardım edir.
Qax Tarix-Diyarşünaslıq Muzeyində qorunan saxsı qablar qədim və son orta əsrlər
dövrünün adətləri, məişət həyatını təmsil edir. Milli sənətkarlıq mərkəzlərində istehsal
edilən belə qabların hazırlanma texnologiyası, yayılma arealı, təsnifatı spesifik sahədir və
xüsusi araşdırma tələb edir. Bundan əlavə belə materialların müasir metodlarla qorunması,
bərpası, analoqlarının müəyyən edilməsi də hər bir vətəndaşın bilməli olduğu
məsələlərdəndir.
Qax rayonunun ərazisində aşkarlanmış qədim mağaralar (paleolit dövrünə aid
Xorqaya mağarası), kurqanlar (eneolit - dəmir dövrünə aid Sarıca Minbərək nekropolu,
mezolit və orta əsrlər dövrünə aid Kəndtala qəbirləri və s.) və digər orta əsr abidələrinə
(Alban məbədi, Came məscidi, Cinli qala, Pəri qalası, Hacı Tapdıq məscidi və d.) edilən
turistik səyahətlərlə yanaşı bu interaktiv aləmdə işıqlandırılması, müasir dövrdə uğurla
davam etdirilir. Son illərdə yeni arxeoloji abidələrin (Qıpçaqtəpə abidəsi) aşkalanmasına
artan maraq, həmçinin rayon ərazisindəki məktəblər, kitabxanalar, mədəniyyət evlərində
elektron təchizat və interaktivlik məsələlərinə artan diqqət sayəsində regionun beynəlxalq
miqyasda təbliğatı və tanınmasına nail olunmuşdur.
Rayonda və kəndlərdə müxtəlif turizm növlərinin (ekoloji, arxeoloji, kənd, dağ-meşə
və s.) tətbiqi uğurla davam etdirilsə də gələcək layihələrdə mövcud problemlərin
(vətəndaşlara vətənpərvərlik hissinin aşılanması, turistlərin bir sıra etik məsələlərə riayət
etməsi, iqtisadi imkanların artırılması və s.) həlli nəzərdə tutulmuşdur.
Müasir dövrümüzdə Azərbaycan Respublikası Prezidenti, hörmətli cənab İlham
Əliyevin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı üçün dövlət proqramlarının
icrasına xüsusi diqqət yetirilir.
Dövlət başçısı Qax rayonuna səfərlər edərək, infrastruktur layihələrinin yerinə
yetirilməsi və əhalini narahat edən problemlərin həlli üçün mühüm tədbirlərin həyata
keçirilməsinə daim diqqət yeririr [8].
“Hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm. Rayon inkişaf edir, belə
gözəl memaqlıq əsərləri yaradılır. Deyə bilərəm ki, müasir Azərbaycanda belə gözəl
guşələrin yaradılması yəqin ki, Qaxdan başlayıb” [9, s.2] söyləyən dövlət başçımız
rayonda aparılan quruculuq-abadlıq işlərinin əhəmiyyətini vurğulamış, bizə miras qalmış
əsərləri qorumağı tövsiyyə etmişdir.
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 82-90
86
Bu gün inkişaf tempinə görə respublikamızım öndə gedən rayonlarından olan Qaxın
ərazisi müxtəlif tarixi dövrlərə aid arxeoloji abidələrlə zəngindir. Belə abidələr təbii
fəlakətlər, xarici təsirlərə məruz qalaraq arxeoloji abidəyə çevrilmişdir [6, c.171].
Tariximizin gizli sirrlərinin açıqlanmasında tarixi mənbələr, arxeoloji, numizmatik
tapıntılar və etnoqrafik məlumatlar əsas vasitədir.
Məqalədə ilk dəfə olaraq Qanıxçay (Alazan) arxeoloji mədəniyyətinin təmsil edən
tapıntılar (saxsı qablar, sikkələr) barədə məlumat verilib. Belə tapıntılar hazırda Qax
rayonundakı Tarix-diyarşünaslıq muzeyində qorunur [şəkil 1 və 2].
Şəkil 1. Lələli-Torpaqqala yaşayış məskənində aşkarlanan saxsı məişət qabları.
Şəkil 2. Lələli-Torpaqqala yaşayış məskənində aşkarlanan fincan və parç.
2.Son tunc - ilk dəmir dövründə saxsı istehsalı
Azərbaycanın müxtəlif məkanlarında istər təsadüfən, istərsə də arxeoloji qazıntılar
nəticəsində aşkarlanan son tunc - ilk dəmir dövrünün saxsı qabları rəngarəngliyi,
çoxçeşidliliyi və müxtəlif funksiyalılığı ilə seçilir. Belə qabların sırasında torpaq
qəbirlərdə aşkar olunanlar xüsusilə maraqlıdır.
Mərasim və ayinlərdə istifadə edilən belə qabları tədqiq edənlərin qənaətinə əsasən,
dəfn ayinlərində ölünü o biri dünyaya yola salarkən ona yaxşı yol arzulamaq üçün məhz
bu qablar qəbirə yerləşdirilirdi. Müxtəlif heyvanları (əsasən quşları) ifadə edən belə qablar
geniş yayılmışdı. Belə qabların hazırlanmasında keyfiyyətli gildən istifadə edilirdi.
Azərbaycanın faydalı xammal mənbələri – gil yataqları yerli dulusçuluq sənətinin
inkişafına təkan verən başlıca amil olmuş və müxtəlif formalı, ölçülü dulusçuluq
əşyalarının formalaşmasına əkinçilik və heyvandarlıq, o cümlədən yerli tələbat da təsirini
göstərmişdir [5, s.5]. Hələ ilk tunc dövründən etibarən gilin tərkibinə qum, xırdalanmış
daşlar və azca saman qatılırdı. Arxeoloqlar qeyd edirlər ki, qabların hazırlandığı gilin
rəngi nəinki ona sərf edilən xammaldan, həm də bişirilmə temperaturu və hazırlanma
Badirjahan Mammadova
ARCHAEOLOGICAL CULTURE OF GANIKHCHAY (ALAZAN)
87
üsullarından da asılı olaraq dəyişilirdi [4, s.215]. Bir sıra arxeoloji tədqiqatlara əsasən
“dulus kürələrinin icad edilməsindən əvvəlki mərhələdə belə qablar ocaqlarda və ya kiçik
həcmli sobalarda bişirilirdi” [5, s.6].
3.Lələli kəndi yaxınlığında aşkarlanmış arxeoloji tapıntılar
Ötən əsrdə Lələli kəndi yaxınlığındakı erkən orta əsrlər dövrünə aid Torpaqqala yaşayış
məskənində aparılmış ilk arxeoloji qazıntılar nəticəsində kərpic bişirilən kürə, qalıq şüşə
istehsalı ocağı, Saqqızlıq ərazisində qəbiristanlıq, 2 - 4 m qalınlığında mədəni təbəqə
aşkarlanmışdır. Əldə edilmiş tapıntıları tədqiq edən arxeoloqların qənaətinə əsasən, bu
ərazi Qafqaz albanlarının məskunlaşdığı şəhərtipli yaşayış yeri olmuşdur.
2009-cu ildə mərhum arxeoloq, memarlıq doktoru, professor Vilayət Kərimovun
rəhbərliyi ilə bu ərazidə arxeoloji qazıntılar davam etdirilmiş, torpağın üst qatından orta
əsrlərə aid saxsı qab qırıntıları, gil qablar, ipəkəyirən və digər əşyalar, sonrakı qatda isə
Yaloylutəpə mədəniyyətinə (e. ə. III - I əsrlər) aid küp qəbir, vaza, su qabı və digər
tapıntılar aşkar olunmuşdur [7].
Qaxın Lələli-Torpaqqala yaşayış məskənində və Lələli nekropolu ərazisində aparılan
arxeoloji kəşfiyyat işləri zamanı əldə olunan tapıntıların bir hissəsi hazırda rayonun Tarix-
Diyarşünaslıq Muzeyində qorunur. Bu ərazidə aşkarlanan məişət əşyaları (bardaqlar,
fincan, parç, küp, dən əzənlər, qapaq) e.ə. I minillik – e. XVII əsrinədək olan böyük tarixi
dövrü əhatə edir.
4. Minbərək düzəngahında aşkarlanmış tapıntı
Qax rayonunun Minbərək düzəngahında aşkarlanmış saxsı qablar qədim dövrlərdə bu
ərazidə dulusçuluq mədəniyyətinin xüsusi istehsalat sahəsi olduğunu söyləməyə əsas verir.
Son tunc – ilk dəmir dövründə yerli ustaların əl əməyi hazırlanan müxtəlif təyinatlı
saxsı qablar Mingəçevir, Daşkəsən, Xocalı, Cəlilabad, Naxçıvan, Xocavənd və d.
rayonların ərazisindəki həmdövr abidələrdə də aşkar edilmişdir. Bu qabların analoqlarının
Cənubi Qafqaz və Şərqi Anadoluda aşkarlanması ortaq məişət mədəniyyəti barədə
qənaətlər əldə etməyə imkan yaradır. Saxsı, metalişləmə sənətinin yüksəldiyi və dəmirin
kəşfi ilə ictimai-iqtisadi inkişafın sürətləndiyi bu dövrdə Mesopotamiya və Misirlə
intensiv əlaqələrin olduğu tədqiqatlarla müəyyən edilmişdir. Bu dövrdə gündəlik məişətdə
qida məhsullarının uzun müddətlik qorunmasını təmin etmək tələbatı gil qabların daha
sürətli istehsalına rəvac vermişdi.
Tədqiqata cəlb etdiyimiz saxsı qab qırıntısı son tunc – ilk dəmir dövrünün milli
dulusçuluq mədəniyyətinin və dövrün dəfn adətinin bariz nümunəsidir. Belə mədəniyyət
qalıqları tunc dövründən başlayaraq orta əsrlərə qədər ardıcıl surətdə davam edən
mədəniyyətin inkişafını təmsil edir.
5. Numizmatik tapıntılar
Məlum olduğu kimi, müxtəlif tarixi dövrlərin iqtisadi-siyasi həyatını əks etdirən
vasitələrdən biri də numizmatik tapıntılardır. Qax rayonundakı Tarix-diyarşünaslıq
muzeyində qorunan numizmatik tapıntılar – əl əməyi ilə ərsəyə gələn sikkələr pul
təsərrüfatını açıqlayan mühüm vasitələrdir. Bu tapıntıların numizmatik təyinatı nəticəsində
müxtəlif sikkə nominalları müəyyən edilmişdir. Belə sikkələrdən bəzilərinin fotolarını
təqdim edirik.
Sikkələr sırasında şirvanşahlar – II Fəriburz (1063 - 1096) və Mənuçehr II bin Əfridun
(1120 - 1160) dövrünün bilon sikkələri (dirhəmlər, şəkil 3,4) nəinki yerli pul təsərrüfatını,
orta əsrlər dövrünün epiqrafikası və sənətşünaslığını da büruzə verir. T.e.d., professor Əli
Rəcəblinin tədqiqatlarında bu sikkələrin analoqları haqqında məlumat vardır [3, s.38-41,
43-45].
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 82-90
88
Şəkil 3. Şirvanşah-Kəsranilər (941–1382). II Fəruburz (hicri 456 – 489 = 1063 - 1095), bilon
dirhəm.
Şəkil 4. Şirvanşah-Kəsranilər (941–1382). Mənuçehr II bin Əfridun (hicri 514 – 555 = 1120 - 1160),
bilon dirhəm.
Şəddadilər dövrünüə aid numizmatik tapıntılar nadir materiallardır. Bu dövrdə əsasən
Bərdə və Gəncədə gümüş dirhəm zərbi həyata keçirilmişdir [şəkil 5].
Şəkil 5. Şəddadilər (985 - 1118). I Fəzl ibn Muhəmməd (995 - 1010), gümüş dirhəm.
Azərbaycan atabəyləri (1136 - 1210) dövrünün bilon dirhəmi orta əsrlərin “müsəlman
intibahı” adlandırılan mərhələsinin bariz nümunəsidir. Məhz bu dövrdə sikkəyə yaranan
tələbatla əlaqədar Azərbaycanda mis sikkə zərbi geniş vüsət almışdı [1, s.4; şəkil 6].
Şəkil 6. Azərbaycan atabəyləri (1136 - 1210). Bilon dirhəm (xəlifə ən-Nasirin adı ilə).
Qax rayonundakı Tarix-Diyarşünaslıq Muzeyində qorunan digər sikkələr (gümüş
abbası, gümüş pənahabadi, mis fels) Azərbaycan xanlıqları (Şamaxı, Qarabağ, İrəvan)
dövrünə aiddir [şəkil 7, 8, 9].
Badirjahan Mammadova
ARCHAEOLOGICAL CULTURE OF GANIKHCHAY (ALAZAN)
89
Şəkil 7. Şamaxı xanlığı, hicri 1173 = 1759-1760, gümüş abbası
Şəkil 8. Qarabağ xanlığı. Pənahabad, hicri 1233 = 1817-1818, gümüş pənahabadi.
Şəkil 9. İrəvan xanlığı, mis fels (qazbəyi), XIX əsr
Numizmatik tədqiqatlara əsasən bu dövrə aid qızıl sikkələr məlum deyildir. Gümüş və
mis sikkələrdə xanların adları zərb edilməsə də zərb ili və zərbxana həkk edilib [2, s.251,
256, 262].
6. Nəticə
Qax rayonunun aşkarlanmış arxeoloji tapıntıları “Qanıqçay (Alazan) mədəniyyəti” adı
ilə təsnifatlandırmaq daha məqsədəuyğundur. Bu qənaəti xüsusən Azərbaycanın şimal-
qərb rayonlarında aşkarlanan materiallara aid etmək mümkündür. Dulusçuluq sənəti bu
mədəniyyətin xüsusi istehsalat sahəsini təşkil etmişdir.
Son tunc – ilk dəmir dövründə yerli ustaların əl əməyi hazırlanan müxtəlif təyinatlı
saxsı qablar Mingəçevir, Daşkəsən, Xocalı, Cəlilabad, Naxçıvan, Xocavənd və d.
rayonların ərazisindəki həmdövr abidələrdə də aşkar edilmişdir. Bu qabların analoqlarının
Cənubi Qafqaz və Şərqi Anadoluda aşkarlanması ortaq məişət mədəniyyəti barədə
qənaətlər əldə etməyə imkan yaradır. Saxsı, metalişləmə sənətinin yüksəldiyi və dəmirin
kəşfi ilə ictimai-iqtisadi inkişafın sürətləndiyi bu dövrdə Mesopotamiya və Misirlə
intensiv əlaqələrin olduğu tədqiqatlarla müəyyən edilmişdir. Bu dövrdə gündəlik məişətdə
qida məhsullarının uzun müddətlik qorunmasını təmin etmək tələbatı gil qabların daha
sürətli istehsalına rəvac vermişdi.
Tədqiqata cəlb etdiyimiz saxsı məişət əşyaları milli dulusçuluq mədəniyyətinin və
dövrün dəfn adətinin bariz nümunəsidir. Belə mədəniyyət qalıqları tunc dövründən
başlayaraq son orta əsrlərə qədər ardıcıl surətdə davam edən mədəniyyətin inkişafını
təmsil edir.
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 82-90
90
ƏDƏBİYYAT SİYAHISI
1. Məmmədova, A. M. (2021). Azərbaycan atabəylərinin sikkələri. Kataloq. Bakı, 40 s.
2. Rəcəbli, Ə. M. (2012). Azərbaycan sikkələri. Bakı: Xalqbank.
3. Rəcəbli, Ə. M. (2015). Şirvanşahlar dövlətində sikkə zərbi (VIII – XVI yüzillər). Bakı.
4. Абибуллаев, О. А. (1982). Энеолит и бронза на территории Нахичеванской
АССР. Баку: Элм, 315 c.
5. Азизов, К. Ш. (2013). Классификация археологических материалов периода
ранней бронзы. Вестник ЧГУ, 2, 3–7.
6. Маммадова, Б. А. (2023). О этнотопонимах северо-западного Азербайджана и
Узбекистана. В Международная научная конференция “Сохранение и
использование объектов культурного наследия: теоретические и прикладные
аспекты” (31 октября 2022 – online). Узбекистан: Ташкент: Музей Истории
Узбекистана, с. 171–174
7. Qax rayonu ərazisindəki Torpaqqala yaşayış məskənində tədqiqat işləri aparılır. (2009,
10 iyul). azertag.az.
8. Prezident Qax şəhəri ilə bağlı sərəncam imzaladı. (n.d.). Retrieved from
http://www.1news.az/az/news/prezident-qax
9. Şəlalə qəzeti. (2012, 3 fevral). Qax.
REFERENCES
1. Mammadova, A. M. (2021). Coins of the Azerbaijani Atabegs. Catalogue. Baku, 40 p.
(in Azerbaijani)
2. Rajabli, A. M. (2012). Azerbaijani Coins. Baku: Khalqbank. (in Azerbaijani)
3. Rajabli, A. M. (2015). Coin Minting in the Shirvanshah State (8th–16th Centuries).
Baku. (in Azerbaijani)
4. Abibullayev, O. A. (1982). Eneolithic and Bronze Ages in the Territory of the
Nakhchivan ASSR. Baku: Elm, 315 p. (in Russian)
5. Azizov, K. Sh. (2013). Classification of Archaeological Materials from the Early
Bronze Age. Bulletin of ChSU, 2, 3–7. (in Russian)
6. Mammadova, B. A. (2023). On the Ethnotoponyms of Northwestern Azerbaijan and
Uzbekistan. In International Scientific Conference "Preservation and Use of Cultural
Heritage Sites: Theoretical and Applied Aspects" (October 31, 2022 – online).
Uzbekistan: Tashkent: Museum of History of Uzbekistan, pp. 171–174. (in Russian)
7. Research Conducted at Torpakkala Settlement in the Qakh Region. (2009, July 10).
azertag.az. (in Azerbaijani)
8. President Signed Decree on Qakh City. (n.d.). Retrieved from
http://www.1news.az/az/news/prezident-qax (in Azerbaijani)
9. Shalala Newspaper. (2012, February 3). Qakh. (in Azerbaijani)