History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.59-81 p-ISSN 2790-0029; e-ISSN 2790-0037
59
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS
DESCRIBED BY WESTERN SCHOLARS)
Tarlan Seyfullayev1
UDC: 297.
LBC: 86.38
HoS: 40
DOI: 10.33864/2790-0037.2024.v5.i4.59-81
Keywords:
Islam
Europe
Science
Medicine
Hygiene
ABSTRACT
According to the explicit admission of Western historians, Europe's
scientific movement was inspired by the scientific movement of Muslims,
and Europeans owe their scientific advancements to Islamic scholars!
Based on the admissions of Western scholars, "When we consider the
contributions of Muslims to Western culture, we see that science
illuminated the West from the East!" Dr. Max Meyerhof states: "Muslim
science was like the shining moon that illuminated the darkest nights of
medieval Europe. As new sciences emerged, the moon faded in color, but
it was that same moon that guided us through the dark nights to where we
are now. We can say that its rays are still with us!" In the same book, we
read: "In short, with the translation of Muslim scholars' books, Europe’s
barren land was blessed with rainfall, making it fertile, and gradually
Europeans became acquainted with Eastern sciences!" He writes: "Recent
discoveries have shed new light on the ancient history of Islamic world
sciences, but it must be admitted that these discoveries are still
insufficient; the world will increasingly realize the significance of Islamic
sciences in the future." Professor Gibb writes: "Looking back at the past,
we see that the science and literature of the East acted like leavening for
Western civilization, in such a way that the influence of Eastern spirit and
thought illuminated the dark minds of people in past centuries in the West
and led them to a broader world!" The famous Christian historian George
Zaidan writes: "When Islamic civilization reached its full stage and
foreign sciences were published in the lands of Islam, Muslims began to
study them. A group of Islamic scholars, using their genius, surpassed the
original owners of those sciences, adding new ideas and discoveries to
them. Thus, the sciences and knowledge branched out, evolving and
blending with Islamic culture and traditions, forming the shape of Islamic
civilization." He writes: "From what we have said about the role of
education in Islamic civilization, it is well understood that knowledge and
science flourished in various directions among Muslims. Scholars, jurists,
physicians, and philosophers brought forth their genius through this path."
1. Doctor of Philosophy in Theology,
Lecturer of the Al-Mustafa International University; Baku, Azerbaijan
E-mail: seyfi14@mail.ru
https://orcid.org/0000-0002-2391-2382
To cite this article: Seyfullayev, T. [2024]. Islam's Contribution to Science in Europe (as Described by Western Scholars). History of
Science journal, 5(4), pp.59-81.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.59-81
Article history:
Received: 25.05.2024
Accepted: 28.10.2024
History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.59-81 p-ISSN 2790-0029; e-ISSN 2790-0037
60
İSLAMIN AVROPADA ELMƏ XİDMƏTİ (QƏRBLİLƏRİN
DİLİNDƏN)
Tərlan Seyfullayev1
UOT: 297.
KBT: 86.38
HoS: 40
DOI: 10.33864/2790-0037.2024.v5.i4.59-81
Açar sözlər:
İslam
Avropa
Elm
Tibb
Gigeniya
ANNOTASİYA
Qərb tarixçilərinin açıq etirafına görə, Avropanın elmi hərəkatı
müsəlmanların elmi hərəkatından ilhamlanmışdır və avropalılar elmi
hərəkatlarında İslam alimlərinə borcludurlar! Qərb alimlərinin etiraflarına
əsasən “Müsəlmanların, Qərb mədəniyyətinə töhfələrini nəzərdən keçirdikdə,
görürük ki, elm şərqdən qərbə nur saçıb!” Dr. Maks Meyerhof deyir:
“Müsəlman elmi orta əsrlər Avropasının ən qaranlıq gecələrini işıqlandıran
parlayan ay kimi idi. Yeni elmlər ortaya çıxanda ay rəngsizləşdi və qaranlıq
gecələrdə bizə bura çatmaq üçün yol göstərən də elə həmin ay idi. Deyə
bilərik ki, onun şüaları hələ də bizimlədir!” Eyni kitabda oxuyuruq: “Xülasə,
müsəlman alimlərinin kitablarının tərcüməsi ilə Avropanın quru torpağına
rəhmət yağışı yağdıraraq onu bərəkətli etdi və yavaş-yavaş avropalılar Şərq
elmləri ilə tanış oldular!” O, yazır: “Son illərdə kəşf edilənlər, İslam dünyası
elmlərinin qədim tarixinə yeni işıq saldı, etiraf etmək lazımdır ki, bu kəşflər
hələ də kifayət deyil; dünya, İslam elmlərinin əhəmiyyətini gələcəkdə daha
çox dərk edəcək.” Professor Gibb, yazır: “Keçmişə nəzər saldıqda görürük
ki, Şərqin elm və ədəbiyyatı Qərb sivilizasiyası üçün xəmir maya kimi idi,
elə bir şəkildə ki, Şərq ruhiyyəsinin və düşüncələrinin təsiri Qərbdə keçmiş
əsrlərin insanlarının qaranlıq ruhiyyələrini işıqlandırdı və onları daha geniş
bir dünyaya apardı!” Corci Zidan məşhur xristian tarixçisi yazır: “İslam
sivilizasiyası tam mərhələyə çatdıqda və İslam diyarında xarici elmlər nəşr
olunduqda; müsəlmanlar onu öyrənməyə başladılar, bir qrup İslam alimləri
öz dühalarından istifadə edərək o elmlərin əsas sahiblərini üstələyiblər və
ona yeni fikirlər və kəşflər əlavə etdilər. Beləcə elmlər, biliklər şaxələnib
təkamül edərək İslam mədəniyyəti və adət-ənənələri ilə qarışaraq İslam
sivilizasiyası şəklini aldılar.” O yazır: “İslam sivilizasiyasında təhsilin rolu
haqqında dediklərimizdən yaxşı başa düşülür ki, elm və bilik müxtəlif
istiqamətlərdə müsəlmanların arasında çiçəkləndi. Alimlər, fəqihlər,
həkimlər, filosoflar da bu yolla öz dühalarını üzə çıxardılar.”
1. İlahiyyat üzrə fəlsəfə doktoru,
Beynəlxalq əl-Mustafa Universitetinin müəllimi; Bakı, Azərbaycan
E-mail: seyfi14@mail.ru
https://orcid.org/0000-0002-2391-2382
Məqaləyə istinad: Seyfullayev, T. [2024]. İslamın Avropada Elmə Xidməti (Qərblilərin Dilindən). History of Science jurnalı, 5(4),
səh.59-81.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.59-81
Məqalənin tarixçəsi:
Məqalə redaksiyaya daxil olmuşdur: 25.05.2024
Təkrar işlənməyə göndərilmişdir: 23.07.2024
Çapa qəbul edilmişdir: 28.10.2024
History of Science AcademyGate Publishing
Vol 5, issue 4, serial 18, 2024, pp.59-81 p-ISSN 2790-0029; e-ISSN 2790-0037
61
ВКЛАД ИСЛАМА В НАУКУ ЕВРОПЫ (ПО СЛОВАМ ЗАПАДНЫХ
УЧЁНЫХ)
Тарлан Сейфуллаев1
УДК: 297.
ББК: 86.38
HoS: 40
DOI: 10.33864/2790-0037.2024.v5.i4.59-81
Ключевые слова:
Ислам
Европа
Наука
Медицина
Гигиена
АННОТАЦИЯ
Согласно явному признанию западных историков, научное движение
Европы было вдохновлено научным движением мусульман, и европейцы
обязаны своими научными достижениями исламским учёным! По
признаниям западных учёных, «Когда мы рассматриваем вклад
мусульман в западную культуру, мы видим, что наука осветила Запад с
Востока!» Доктор Макс Майерхоф утверждает: «Мусульманская наука
была как яркая луна, освещающая самые тёмные ночи средневековой
Европы. Когда появились новые науки, луна поблекла, но именно эта
луна вела нас сквозь тёмные ночи к тому, где мы находимся сейчас.
Можно сказать, что её лучи всё ещё с нами!». В той же книге мы читаем:
«Вкратце, с переводом книг мусульманских учёных на засушливую
землю Европы пролился дождь милости, сделав её плодородной, и
постепенно европейцы познакомились с восточными науками!» Он
пишет: «Недавние открытия пролили новый свет на древнюю историю
наук исламского мира, но нужно признать, что эти открытия всё ещё
недостаточны; мир в будущем всё больше будет осознавать значение
исламских наук». Профессор Гибб пишет: «Оглядываясь в прошлое, мы
видим, что наука и литература Востока были как закваска для западной
цивилизации, таким образом, что влияние восточного духа и мыслей
осветило мрачные умы людей в прошлых веках на Западе и привело их к
более широкому миру!». Известный христианский историк Джордж
Зейдан пишет: «Когда исламская цивилизация достигла своего полного
этапа и в землях ислама были опубликованы иностранные науки,
мусульмане начали их изучать. Группа исламских учёных, используя свой
гений, превзошла первоначальных носителей этих наук, добавив к ним
новые идеи и открытия. Таким образом, науки и знания разветвлялись,
развиваясь и смешиваясь с исламской культурой и традициями, образуя
облик исламской цивилизации». Он пишет: «Из того, что мы сказали о
роли образования в исламской цивилизации, хорошо понятно, что знания
и наука процветали в различных направлениях среди мусульман. Учёные,
юристы, врачи и философы проявили свой гений на этом пути».
1. Доктор философии по теологии,
Преподаватель Международного университета Аль-Мустафы; Баку, Азербайджан
E-mail: seyfi14@mail.ru
https://orcid.org/0000-0002-2391-2382
Цитировать статью: Сейфуллаев, Т. [2024]. Вклад Ислама в Науку Европы (по Словам Западных Учёных). Журнал History of
Science, 5(4), с.59-81.
https://doi.org/10.33864/2790-0037.2024.v5.i4.59-81
История статьи:
Статья поступила в редакцию: 25.05.2024
Отправлена на доработку: 23.07.2024
Принята для печати: 28.10.2024
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
62
1.Giriş
Sağlamlığın qeydinə qalmaq İslam dinində fərdi və ictimai hüquqlardan biridir. Uğurlu
cəmiyyət o cəmiyyətdir ki, orada insanların bədəni və ruhu sağlamdır. Fiziki və psixi
sağlamlıq insan inkişafı üçün ən mühüm vasitədir və iqtisadi baxımdan da mühüm
əhəmiyyət kəsb edir. İslam qanunları insan fitrətinə əsaslanır. Halal-haram, əmr və qadağa
haqqında gördüklərimiz, insanın mənafeyi nəzərə alınmışdır. Quran ayələri, hədislər və
islami mətnlərdə araşdırma və tədqiq İslam dininin fərdin və cəmiyyətin sağlamlığına,
diqqət və nəzarətini açıq şəkildə göstərir. İslam dini kimi heç bir din və məktəb sağlamlıq
məsələsi və prinsipləri ilə bağlı, əmr verməmişdir. İslam sağlamlıq məsələlərinin çoxunu
vacib, haram, müstəhəb və ya məkruh başlıqları altında bəyan etmişdir. Məsələn: qan, irin,
sidik, nəcis, ölü heyvanın əti, haram heyvanların əti kimi pis və murdar şeyləri yemək,
torpaq, şərab, pivə və insan ağlını aradan aparan, sağlamlığına təhlükə yaradan sərxoşedici
maddələri yemək və içmək haramdır. digər tərəfdən, insan sağlamlığında mühüm rol
oynayan bir çox sağlamlıq məsələsi vacib və ya müstəhəb kimi, qeyd edilmişdir. Məsələn:
namazın şərtlərindən biri bədən və paltarın pak olmasıdır, dəstəmaz və qüsl isə namazın
ilk vacib əməlləridir, yəni namaz qılan şəxs əgər öhdəsində qüslü vardırsa qüsl etməlidir
və dəstəmazlı deyilsə, namaz üçün dəstəmaz almalıdır, dəstəmazda isə burun və ağzın
içini yumaq, dişləri fırçalamaq müstəhəbdir.
İmam Baqir (ə) buyurur: “İnsanı yaradan Allah onun üçün nəyin faydalı, nəyin zərərli
olduğunu bilir və nəticədə faydalı olanı halal, zərəri isə haram etmişdir”. [Kuleyni, 1407
h.q, c.6, s. 242]
Qurani-kərimdə oxuyuruq:
Onlara pak nemətləri halal, nəcisləri isə (pis şeyləri) haram edir. [Əraf/157]
İslam təlimlərində sağlamlıq və qidalanma ilə bağlı insan sağlamlığını təmin edən
prinsiplərə əməl edilmişdir. İslam məktəbi bu hədəfə çatmağın yolunu pisliyi və çirkinliyi
haram, paklığı halal etməklə, insan həyatında mötədilliyi qorumuşdır.
İslam nöqteyi-nəzərindən bəzi hallarda sağlamlıq məsələlərinə riayət etmək vacibdir,
çünki İslamda can qurtarmaq vacibdir. Sağlamlıq məsələlərinə əməl edilməməsi insan
həyatının təhlükə altına düşməsinə səbəb olarsa, o zaman prinsiplərə və sağlamlıq
məsələlərinə riayət etmək lazımdır. Allah-təala buyurur:
Öz əlinizlə özünüzü təhlükəyə atmayın, yaxşılıq edin! Allah yaxşılıq edənləri sevir.
[Bəqərə/195]
2.Gigiyena
Filip Xuri Hitti “Ərəb tarixi” adlı kitabında yazır:
Məğribdəki İslam hökuməti qüdrət və müsəlman İspaniyanın bu dövrün Avropa və
Afrika məsələlərində malik olduğu təsirin zirvəsinə çatdıqmışdı. Bu dövrdə Əməvilərin
paytaxtı Kordoba Avropanın ən böyük mədəniyyət mərkəzi idi və Konstantinopol və
Bağdadla birlikdə dünyanın üç nüfuzlu mədəniyyət mərkəzi hesab olunurdu. Kordovanın
113.000 evi, 21 şəhərdən kənar məhəlləsi, 70 kitabxanası, çoxlu kitab mağazaları,
məscidləri və sarayları var idi və dünyaca məşhur idi ki, bu da turistləri heyran və
təəccübləndirirdi.
Şəhərdə hər iki tərəfdən evlərin vasitəsi ilə işıqlandırılan yollar kilometrlərlə daşla
döşənmişdi. Ancaq London və Paris, o tarixdən hətta yeddi əsr sonra, bu şəraitə malik
deyildi. Əsrlər sonra Parisdə yağışlı bir gündə kimsə çölə çıxmağa cəsarət etsəydi,
topuqlarına qədər palçığa batardı.
Lion və Navarra və ya Barselona əmirlərinə cərrah, mühəndis və ya musiqi müəllimi və
ya dərzi lazım olanda Kordovanı axtarıb tapdılar. İslam paytaxtının şöhrəti Almaniyaya
qədər çatmış və bu barədə Sakson rahibələrindən biri demişdir: “Dünyanın ləl-
cəvahiridir.” Əməvi hökmdarı və adamlarının yaşadığı şəhər belə idi.
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
63
İslam dinin əsaslarından biri də paklıqdır və bütün dünya müsəlmanları bu gün də “dinin
əsası paklıqdır” ifadəsini təkrarlayırlar. Məhəmməd peyğəmbərin dövründən əvvəl bütün
Ərəbistan torpağında hamam yox idi, hətta Məhəmməd peyğəmbərin dövründə belə idi ki,
kişilər hamama qüsl etmək üçün daxil olurdular. Amma bu günlərdə Bağdadda hamam,
təkcə bədəni yumaq və təmizləmək üçün deyil, həm də insanların əyləndiyi yerə
çevrilmişdir. Qadınlar müəyyən günlərdə hamama təmizlənməyə gedirdilər. İspaniyalı
səhhalardan biri 1327-ci ildə Bağdada olub və gördülərini belə deyir: hər məhəllədə iki və
ya üç hamam var idi. Onlar çox təmiz və isti və soyuq su ilə təchiz olunurdular. [İsfəhani,
1384 h.ş, c. 1, s.151-153]
Qustav Lebon yazır:
Ərəblər xəstəliklərdə hava və suyun sağlamlıq xüsusiyyətlərindən xəbərdar idilər. Əgər
İbn Rüşd bu mövzuda kitablar yazıbsa, İbn Sinanın da bu istiqamətdə kitabları var.
Üstəlik, Salerno məktəbinin sağlamlıq təlimatlarında çox gözəl təlimatlar var və hamı bilir
ki, bu məktəb ən mühüm ərəb məktəblərindən biridir və onun şöhrəti ərəblərə və
müsəlmanlara bağlıdır.
“Səlib yürüşləri” kitabında orta əsrlərdə şəhərlərin sağlamlıq vəziyyəti haqqında
aşağıdakılar deyilir:
Xiyabanların çirkliliyi və üfunətli bataqlıqların olması, qəbiristanlığın ortasından keçən
su kanalının çirklənməsi şəhər sakinlərinə çətinlik və narahatlıq yaradırdı. Paris şəhəri
Avropanın ən gözəl şəhəri sayılsa da, dar və qaranlıq küçələrindən davamlı olaraq insan
nəcisinin iyi hiss olunurdu və qoxusu buruna gəlirdi.
Rigord deyir:
Filip Avqustun hakimiyyəti dövründə; bir gün araba şəhərin ortasından keçərkən
palçığın içindən keçəndə heç kimin dözə bilməyəcəyi pis bir qoxu gəldi. Sarayının
həyətində gəzən padşah bu vəziyyəti görüb küçələrin düzəlməsi fikrinə düşdü. Amma
sələfləri bunun baha olmasından həmişə qorxurdular. Padşah, şəhərin sərvətli və firavan
yaşayan insanlarını çağırtdırdı. Parisin bütün küçə və xiyabanlarının bərk və möhkəm
daşlarla döşənməsi haqqında əmr verdi.
Bu tullantıların mövcudluğu bədbəxtlik yaradır və hər il minlərlə sakinin ölümünə səbəb
olurdu. Xəstəlik növləri arasında ən çox yayılanlardan biri taun, digəri isə cüzam idi. Ara-
sıra ortaya çıxan və əhalini payız yarpaqları kimi yayan vəba xəstəliyi 1348-ci ildə Qərbi
Avropa əhalisinin üçdə birini öldürdü. Cüzam da ümumi bir xəstəlik idi, ona görə də bütün
şəhərlər cüzam xəstələri ilə dolu idi. Xəstəliyi müalicə edə bilmədikləri üçün xəstələri
yandırırdılar. [İsfəhani, 1384 h.ş, c.1, s.154]
Professor Vekhayt deyir:
Mən özüm xristian olsam da, sağlamlıq prinsiplərinə görə İslam dininə böyük hörmətim
var; Çünki bir neçə illik təcrübədən sonra bu nəticəyə çatmışam ki, İslam dininin
sağlamlıq prinsiplərinə riayət etməklə bir çox ölümcül xəstəliklərin qarşısını almaq olar.
Xəstəliklərdən biri də cinsiyyət orqanlarının xərçəngidir. Şəxsi təcrübəmdə belə
qənaətə gəlmişəm ki, müsəlman qadınlarda cinsiyyət orqanlarının xərçənginin
olmamasının əsas səbəbi müsəlman kişilərin sünnət edilməsi və sidiyə getdikdən sonra
yuyulmasıdır. Çünki təmizlik xərçəng törədən mikrobların məhvinə səbəb olur və
təmizliyə riayət etməklə xərçəngin qarşısını müəyyən qədər almaq olar. Eyni səbəbdən,
Avstriyada həmişə tövsiyə edirəm ki, insanlar oğlan uşaqlarını sünnət etsinlər və onlara
təmizliyi öyrətsinlər və bu iki şeyi özlərinin gigiyena prinsipləri hesab etsinlər. [Keyhan
qəzeti, 1355, №139998]
Dr. Toumanians İslamda sağlamlıq kitabında deyir:
İslamın müqəddəs şəriətində qida, orqanizmin və mədənin sağlamlığını qorumaq üçün
təyin edilir; yəni mədəyə və əhval-ruhiyyənin sağlamlığına zərərli olan şeyləri haram,
bədən üçün faydası olmayan, yəni yeməkdən nə fayda, nə də zərər əldə edilə bilməyən
qidalar isə məkruh adı ilə qadağan edilmişdir. Haramla məkruhun fərqi budur ki, haram
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
64
yeməklər mədə və bədən üçün zərərlidir, məkruh isə faydasız və zərərsizdir. (Bu alim
mübah ilə məkruhu səhv salıbdır. Düzgününü qeyd edirik: 1) İnsanların orqanizimləri
üçün münasib olmayan və tərk edilməsinin daha yaxşı olmasına məkruh deyilir. 2)
İnsanların orqanizimləri üçün zərərli olan şeylər haramdır. 3) İnsanların orqanizimləri
üçün xeyrli olan şeylər halaldır. 4) İnsanların orqanizimləri üçün faydası və zərəri olmayan
şeylər mübahdır. 5) İnsanların yerinə yetirməsi daha yaxşı olanlara müstəhəb deyilir.)
Görünən odur ki, o dövrün ərəbləri (İslamdan əvvəl) gigiyenadan tamamilə xəbərsiz
idilər və özlərinə qayğı göstərmirdilər. Əgər haram və məkruh adları işlədilməsəydi,
onların zərərli yeməklərdən çəkindirilməsi mümkün olmazdı. İndi bədən üçün faydalı olan
yemək və içkiləri təyin etməzdən əvvəl, son dərəcə vacib və sağlamlıq sütunu olan
aşağıdakı ümumi qaydanı Qurani-Kərimdən sitat gətiririk.
Yeyin və için ancaq israf etməyin. [Əraf/31]
Çox yeməyin zərərləri:
1. Birincisi, çoxlu qida mədəyə daxil olduqda, mədə onu həzm etmək üçün çox hərəkət
edib və özündən çoxlu ifrazatlar edir. Aydındır ki, bu halda mədə yorğun və zəif olur və
yeməyi tam həzm edə bilmir, əgər yeməyi tam həzm edə bilməsə, həzm olunmamış qida
mədədənin turşmasına səbəb olacaq.
2. Qida həzm olunmazsa, bağırsaqlarda yetərincə sorulma olmur və bağırsaqlar lazımi
maddələri qəbul edə bilmədiyi zaman bədən zəifləyir və yorğunluq yaranır.
3. Digər tərəfdən, bağırsaqlar həzm olunmamış qidaları xaric etmək üçün çox çalışmalı
və ağrıdan əziyyət çəkməlidir.
4. Mədə dolğunluğu yuxusuzluq və diskomfortla yanaşı qida çatışmazlığına və
düşüncəsizliyə səbəb olur və nəticədə müxtəlif təhlükəli xəstəliklər əmələ gəlir.
Məhz buna görə də əzəmətli İslam dininin banisi demişdir:
Mədə hər xəstəliyin evi pərhiz isə bütün dərmanların başıdır. [Mustəğfəri, 1385 h.q,
25]
Ona görə də insanları hər cür xəstəliklərdən qorumaq üçün faydalı və asan həzm olunan
qidalar təyin edilib;
Südə için, çünki o, bir barmağın alın tərini sildiyi kimi, ürəkdəki hərarəti təmizləyir,
kürəyi qüvvətləndirir, ağılı artırar, zehni itiləşdirir, görməni yaxşılaşdırır və unutqanlığı
aradan qaldırır. [Mustəğfəri, 1385 h.q, 25]
Bu qidalandırıcı mayenin xüsusiyyətlərinə və tərkibinə baxsaq, bu cümlələrin son
nəticədə doğru olduğunu görərik; çünki inək südünün tərkibində insan orqanizmi üçün ən
yaxşı və ən zəruri qidalar olan 4,5% laktoza, 3,4% yağ və 3,8% albumin var. Bu üç
maddənin heç bir zərəri yoxdur, digər tərəfdən də həzmi o qədər asan və ağrısızdır ki,
bədəndə zərrə qədər ağrı yaratmır.
Buna görə də süddən istifadə bədənin hissələrini və orqanlarını gücləndirmək üçün ən
yaxşı qidadır. Bu yeməyə nəinki yeni tibb əhəmiyyət verib, hətta qədim tibb də onu ən
güclü qida hesab edib, çünki qeyd edildiyi kimi, südün tərkibində qida maddələri var və
çox asan həzm olunur, xüsusən də xəstələr üçün ən yaxşı qidadır. Çünki südün zərərli
olduğu heç bir xəstəlik yoxdur.
Məhz bu səbəbdən müqəddəs qanun yazan (Peyğəmbər), təkcə kişilərə deyil, həm də
qadınlara belə göstərişlər verirdi:
Hamilə qadınlarınıza süd verin, çünki bu, uşağın ağlını artırır. [Məclisi, 1404 h.q, c.59,
s.294]
Uşağın ağlını artırır cümləsi, məhz bu mənada işlənir, hamilə qadın süd içdiyinə görə
güclənir, bədənində qan daha çoxalır və orqanları sağlam olur. Həm də süd ürəyi
qüvvətləndirir və həzm prosesini sürətləndirir, eyni zamanda dölə çoxlu sağlam qan
tədarük edib, onu sağlam edir. Məlumır ki, sağlam ağıl, sağlam bədəndə olur. [İsfəhani,
1384 h.ş, c.1, s.156]
Dr. Zigrid Hunke Zəkəriyya Razinin şərhi halında belə yazır:
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
65
Razi havanın istiliyinə, küləyinə və rütubətinə, yaşayış yerinin təmizliyinə, evlərdə
hamamların olmasına diqqət yetirir. O, sağlam havanı tövsiyə edir. Həşəratdan qorunmaq
üçün ətirli toxumları yandırıb tüstülətməyi məsləhət bilir. O, xəstənin otağının
temperaturuna, həmçinin sağlam içməli suya və vaxıvaxında yuyunasına diqqət yetirməyin
zəruriliyini qeyd edir; yəni kilsə ağalarının nəzərində günah sayılan və bu səbəbdən də orta
əsrlərdə Avropalı xristianlar səlib yürüşlərindən əvvəl bu sağlamlıq göstərişlərini, eləcə də
fiziki məşqləri və istirahəti əxlaqsızlıq və iffətə zidd hesab edirdilər və onları günah
sayırdılar. Bunu edənlər isə alçaldılır və qınanırdılar. Razi öz adamları vasitəsilə xəstələri
üçün qeyd olunan şəraitə uyğun yer axtarırdı. [İsfəhani, 1384 h.ş, c.1, s.160].
3.Tibb elmi
Professor Risler bu barədə belə yazır:
“Müsəlmanlar tibbdə ən yüksək mövqe və məqamı əldə edib, 500 il dünya tibbinin
zirvəsində dayandılar. Bu sahədə peyğəmbərə istinad edilən 300 hədis var. Bu hədislərin
çoxu yeməkdə etidal və imsaq etmək, sağlıq, sanitar-gigiyenik üsullara riayət etməyə
aiddir. Məsələn, “Taunun olduğu yerə girməyin, orda olsanız, oradan çıxmayın” tapşırığı
bugünkü karantin anlayışının əsasını təşkil etməkdədir. Rislerin dediyinə görə,
müsəlmanlar Hippokrat və Calinusun tibbini tərcümə edib öyrəndikdən sonra
kifayətlənməyib, şəxsi müşahidə və klinik təcrübələrini diaqnoz və müalicə üçün əsas
qərar verdilər. O zamandan bəri tibb təcrübi elm mahiyyətini qazandı və böyük İslam
həkimi Ali İbn Abbasın yazdığına görə onun tədqiq və araşdırmaları xəstəxanalardan
toplanıb, o zamandan bəri İslam mədrəsələrində tibb, mühəndislik fakültələri və
laboratoriya qurulub.
Vil Durantın yazdığına görə, ilk islami xəstəxana miladi tarixi idə 704-cü ildə
“bimaristan” adı ilə Şamda qurulub və 978-ci ildə bu xəstəxananın 24 həkimi
olmuşdur. Tibb dərsləri, xəstəxanada verilirdi. İmtahan vermədən və diplom almadan
həkimlik etmək qadağan idi. Harun ər-Rəşidin zamanında Bağdadda ilk xəstəxana
quruldu, 10-cu əsrdə orada daha 5 xəstəxana yaradıldı. Belə nəzərə gəlir ki, bu
xəstəxanaların bərpa edilməyində Cündişapurdakı universitet xəstəxanasından
faydalanıblar.
Professor Jorj Rivar “İslamın siması” adlı kitabında deyir:
Müsəlman həkimləri ən çox cərrahlıqda məharət qazandılar. İslam cərrahları 11-ci
əsrdə katarakt, məsanə daşı, kotrizasyon (dağlamaq) əməliyyatlarını bilir, uyutmaq
(anesteziya) və uyuşdurmaq (lokal anesteziya) üçün “İvraie təlxə”, buğda və xaşxaş
işlədirdilər. Qurtubəli Abbas oğlu Əbülqasım xələf, bir çox cərrahi alətlər düzəltmiş və
cərrahlıqla işlətmişdir. Farmokoloji və tibbdə işlənən maddələrin elmi tədqiqi də, İslamda
başlanıb. V. Duranta görə, İbn Sina ən böyük müəllim, Razi ən böyük həkim, Cabir (İmam
Cəfər Sadiqin (ə) şagirdi) əski zamanın ən böyük kimyaçısı sayılır. İbn Sina və Razinin
əsərləri bugünkü tibbin əsasını təşkil edib, əsrlər boyu qərb tibb məktəblərində oxunub.
Gotiyerin “Müsəlmanların əxlaq və ədabı” adlı kitabında yazılıb ki, orta əsrlər və
renessans dövründə Avropa Boqrat və Calinusdan çox İslam həkimlərini təqib edib. Razi
(850-932) əlli il Bağdadda həkimlik edib, onun əsərləri 16-18-ci əsrlərdə dəfələrlə latın
dilinə tərcümə edilib.
İbn Sina tibb sultanı hesab olunur və dəyəri Razidən də artıqdır. Onun “Qanun” adlı
tibb kitabı Avropanın bir çox dillərinə tərcümə edilib. Bu iki həkimin kitabları 17-ci əsrə
qədər tibb tədrisinin əsasını təşkil edib. “Qanun” kitabı, əsrlər boyu Avropanın dərslik
kitabı və həkimliyin müqəddəs kitabı olub. Razinin çiçək və qızılca haqqında kitabları
xəstələrin klinik müşahidəsi və təhlili ilə yazılıb. Bu kitablar yoluxucu xəstəliklər
haqqında yazılan ilk elmi əsərlərdir. Bu iki əsərin ingiliscə tərcümələri 15-19-cu əsrlərdə
40 dəfə nəşr edilib.
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
66
Tibb elmi və həkimlik İslam məktəblərindən İtaliyada Salerin və Fransada Montpelier
tibb məktəblərinə keçdi. Salerin məktəbi 9-cu əsrdə Şarl Mayn tərəfindən quruldu və 3 əsr
Avropanın tibb mərkəzi oldu. [Heyət, 2010, s.7]
Qustav Lebon
O, yazır: ərəb təbabətinin müəlliflərinin sayı çox böyükdür. İbn Əbi Əsibəə [Zərkeli,
2002, c.1. s.188] əsərlərinin bir cildini həkimlərin adına ixtisas vermişdir. Biz onların
arasından, məşhur olanları burada qeyd edirik.
Ən məşhur ərəb həkimi Razidir ki, kimyaçılar arasında onun da adını çəkdik... və onun
bütün tibbi məsələləri özündə cəmləşdirən məşhur “əl-Havi” kitabının adını qeyd etdik.
Digər bir kitab isə onun Mənsura göndərdiyi “Mənsuri”-dir və on hissədən ibarətdir.
Razi son dərəcə təvazökar bir həkim idi. Deyirlər: O, Kordova xiyabanlarından birində
huşunu itirmiş və yerdə uzanmış bir adamın yanından keçirdi, insanlar onun öldüyünü
düşünürdülər, onu ayaqlarına çubuqla vurmaqla (xüsusən də ayağının üstünə vuraraqla)
diriltdi. Bu xəbər xəlifənin qulağına çatdıqda, onu ölü bir insanı dirildən şəxs kimi
təriflədi. Razi bu xəbəri eşitdikdə dedi: mən heç nə etməmişəm, çünki mən səhra
ərəbindən bu müalicə metodunu (belə bir xəstəni bu cür müalicə etdiyini görmüşəm)
öyrəndiyim, etdiyim yeganə iş, onun xəstəliyini düzgün təyin etdim.
Uzun müddət, Avropa universitetlərində alimlər Razinin kitablarını tədris edirlər,
Leuven Universitetində isə İbn Sinanın kitabları XVII əsrdə tədrisin əsasını təşkil edir.
Əli bin Abbas başqa bir məşhur ərəb həkimdir. O, Razi ilə demək olar ki, müasir idi və
eramızın 10-cu əsrinin sonlarında yaşamışdır. Onun kitablarından biri də nəzəri və praktiki
təbabəti əhatə edən “Məlki” kitabıdır.
Bütün ərəb həkimlərinin ən məşhuru İbn Sinadır və onun tibb aləminə elə təsiri olub ki,
ona “tibbin şahı” ləqəbi verilib. İbn Sinanın ömrü çox olmasa da, onun kitabları çox
qiymətlidir və çox dillərə tərcümə olunmuşdır. Onun kitabları altı əsr ərzində tibbdə
istinad olub. Fransa və İtaliyanın bütün tibb universitetlərində yeganə dərslik, İbn Sinanın
kitabları idi və 18-ci əsrə qədər bir neçə dəfə nəşr olunmuşdır.
Ən məşhur ərəb cərrahı 1107-ci ildə vəfat edən Əbu əl-Qasim Qurtubidir və o, bir çox
cərrahi alətlər icad etmiş və kitabında onların şəklini çəkmişdir. Böyrək daşlarının
əridilməsinin keyfiyyətini məhz o təsvir etmişdir və yanlış olaraq yeni ixtiralardan biri
hesab olunur. Əbül-Qasim 15-ci əsrə qədər Avropada məşhur olmayıb və onun şöhrəti
məhz bu əsrdə orada yayılıb. Məşhur fizioloq Haller onun haqqında belə deyir: 14-cü
əsrdən sonra ortaya çıxan bütün cərrahlar Əbül-Qasimin kitablarından istifadə edirdilər.
Əbu əl-Qasimin kitabının latın dilinə tərcüməsinin ilk nəşri miladi 1497-ci ildə, sonuncu
nəşri isə 1861-ci ildə olmuşdur.
On ikinci əsrdə yaşamış İbn Zöhr Eşbili tibbdə böyük nüfuza malikdir, baxmayaraq ki,
o, digər bir neçə nəfərin şöhrət səviyyəsinə çatmasa da, islahatlar aparmış təcrübəli həkim
idi.
1126-cı ildə Kordovada doğulan və 1188-ci ildə vəfat edən İbn Rüşd təbabətlə bağlı
kitablar yazmışdır, baxmayaraq ki, onun fəlsəfə və Aristotelin kitablarının şərhindəki
şöhrəti tibb sahəsindəki şöhrətindən daha çoxdır. O, İbn Sinanın kitablarına şərhlər
yazmış, eləcə də tibb, qızdırmanın fəsadları və s. kitablar yazmışdır, onun təbabətə aid
kitabları Avropada dəfələrlə nəşr edilmişdir.
Ərəblər bitkilərin xüsusiyyətlərini qeyd etməklə tibb elmi ərəblərə borcludur. Həmçinin
işlətdiyimiz məcunların çoxunu onlar hazırlamışlar. Bir cümlə ilə desək, tibb elmi
müsəlmanlara borcludırlar. Bəziləri anesteziyadan istifadənin yeni təşəbbüs olduğunu
düşünür, amma belə deyil, ərəblər (Ərəblər dedikdə məqsədi müsəlmanlardır) bu
dərmandan qabaqcadan xəbərdar idilər.
Dr. Maks Meyerhof
Səlib yürüşlərində müsəlmanlar Avropa həkimlərinə gülürdülər. Çünki onların
məlumatlarını çox aşağı və ibtidai hesab etdilər. Xristianlar, İbn Sina, Cabir, Həsən İbn
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
67
Heysəm və Razinin kitablarını Latın dilinə çevirdilər, tərcüməçiləri bilinməsə də,
tərcümələri indi mövcuddur. XVI əsrdə İbn Rüşd və İbn Sinanın kitabları İtaliyada
tərcümə edilmiş və bu kitablar İtalya və Fransa universitetlərində tədris edilmişdir. Bir
sözlə, Şərq elmləri Avropanın quru torpağına mərhəmət yağışı kimi yağdı və onu
məhsuldar etdi və avropalılar Şərq elmləri ilə yavaş-yavaş tanış oldular. [Walker & et.,
1325 h.ş, 132]
Filip Xuri Hitti
Razi və İbn Sinanın şəkilləri Paris Universitetindəki tibb fakültəsinin böyük zalını
bəzəmişdir. Qeyd etmək lazımdır ki, avropalıların elm və sənaye sahəsində, xüsusən də
tibb elmində müsəlmanlara öyrədə biləcəkləri elmi məlumatları yox idi. [Hitti, 1344 h.ş,
193]
Necə ki, o günlərdə ərəb tarixçilərindən biri avropalıların tibbi məsələlərdə cahilliyi
haqqında istehzalı əfsanələr nəql edirdi. [İsfəhani, 1384 h.ş, c.1, s.170]
Con Davenport
Avropa İslam dininə çox borcludur. Avropa Məhəmmədin davamçılarının başqa bir
dinə sahib olduğunu xatırlamalıdır, köhnə ilə yeni ədəbiyyat arasında əlaqə quran məhz
müsəlmanlar idi. Avropanın qaranlıqda qaldığı uzun müddət ərzində müsəlmanlar bir çox
yunan filosofunun yazılarını və araşdırmalarını davam etdirdilər və ən vacib təbiət elmləri,
riyaziyyat, tibb və s. sahələrinin inkişafını öhdələrinə götürmüşdülər, bu elmlər onların
zəhmətlərinə çox borcludurlar. [Davenport, 1348 h.ş, 131]
Corci Zeydan
İslam təbabəti İslamın gəlişinə qədər sivil xalqlar arasında yayılmış təbabətin xülasəsi
idi; çünki müsəlmanlar Hippokratın, Qalenin və digər yunan həkimlərinin tibb kitablarını
tərcümə etmiş və qədim Keldani təbabəti ilə Yunan təbabətinin qarışığı olan Suriya
təbabəti ilə əhatə olunmuşdular. Cündişapurun iranlı təbibləri, yunan dilindən götürdükləri
məlumatları ərəbcəyə çevirdilər. Hindistanlı həkimləri işə götürərək, Hindistan tibbi
məlumatlarından xəbərdar oldular. Bundan əlavə, onlar özləri də cahiliyyət dövründən
tibblə bağlı bəzi şeyləri bilirdilər və bu məlumatların qarışmasından İslam təbabəti
meydana çıxdı ki, bunun ən yaxşı nümunəsi Əbu Bəkrin Razi yazdığı “Əl-Mülki” və ya
“Əl-Məluki” kitabıdır. Sözügedən kitab İslam sivilizasiyasının təkamülü dövründə (IV
əsrin ortalarında) yazılmışdır. Razinin bu kitabdan başqa tibb və fəlsəfəyə aid başqa
əsərləri də var. İbn Sinanın “Qanun” kitabı yaranana qədər “Məluki” kitabı tibb alimləri
üçün yeganə sənəd və istinad sayılırdı.
İbn Sinanın indi mövcud olan “Qanun” kitabı hərtərəfli tibb və əczaçılıq toplumu kitabı
hesab olunur. Bu kitabın üstünlüklərindən biri odur ki, Yunanıstan, Keldan, Hindistan və
İranda xəstəliklərin diaqnostikası, əlavə olaraq onların müalicəsi və bitkilərin
xüsusiyyətləri qeyd edilmişdir.
Avropanın dirçəlişində elm adamlarının istifadə etdiyi digər İslam təbabəti kitabı hicri
beşinci əsrdə yaşamış Əndəlüsli həkim Əbu əl-Qasim Xələf bin Abbas Zəhravinin yazdığı
“ət-Təsrif liman əcəzə ənit-təlif” kitabıdır. Bu kitabın digər kitablara başqa üstünlükləri ilə
yanaşı, cərrahiyyə hissəsi də qeyd olunmasıdır.
Digər bir kitab isə hicri VI əsrin ortalarında filosof İbn Rüşd üçün yazılmış Əndəluslu
Əbdül Mulak İbn Zəhr tərəfindən yazılmış “Ət-Taysir” kitabıdır.
Çoxlu İslam həkimləri və onların əsərləri var. Onların hamısının adını çəkmək vaxt
aparacaq.
Amma qısaca olaraq deyirik ki, müsəlmanlar arasında üç-dörd əsr ərzində yüzlərlə
həkim olub, onlar tibb və digər elmlərə dair kitablar yazıblar, onların tərcümeyi-halı və
əsərləri aşağıdakı kitablarda təsvir olunub:
1. Əl-Hükəma, İbn əl-Qətfi tərəfindən yazılmışdır;
2. Təbəqatul-ətibba, İbn əbi Əsibəə tərəfindən yazılmışdır;
3. Kəşfuz-zunun, Haci Xəlifə tərəfindən yazılmışdır.
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
68
Təbii ki, daxili hadisələrə və sənədlərin itməsinə görə onların dəqiq adlarını müəyyən
etmək bizim üçün mümkün deyil, amma əldə olan dəlillərdən aydın olur ki, onlar olub.
Məsələn, hicri 4-cü əsrin əvvəllərində Əl-Muqtədir Billahin dövründə (sarayda olan
məşhur həkimlər və digər İslam ölkələrində yaşayan həkimləri çıxılmaqla) Bağdadda 860
həkim tibb vəsiqəsi almaq üçün imtahan vermişdi, bu qədər həkimin imtahanda iştirak
etməsi bunu göstərir ki, o dövrdə Bağdadda ən azı 1000 həkimin yaşamışdır.
Qədim həkimlərin hər biri öz sahəsində mütəxəssis olurdular, lakin digər sahələrdə də
əhəmiyyətli biliklərə malik idilər. [İsfəhani, 1384 h.ş, c.1, s.171]
Corci Zeydan ardıyca yazır:
Müsəlmanlar arasında qadın həkimlər az deyildi, onların arasından çoxlu görkəmli
həkimlər var idi məsələn: tibb və xüsusi ilə də qadın xəstəlikləri sahəsində mütəxəssis
olan, o dövrdə xilafətin hərəmxana və qadınlarının həkimi olan Uxtu əl-Həfid Əndəlusi və
onun qızıdır.
Zeynəb Əməvilər dövrünün məşhur qadınlarından biridir, Şamda təbabətlə məşğul
olub, xüsusilə göz cərrahiyyəsində mahir olub.
Müsəlman həkimlərin istifadə etdiyi analiz üsulu bütün dünyada qalıb və bu gün onlar
eyni analizlər əsasında xəstəliyin diaqnozunu qoyurlar. Müsəlman həkimlər qanaxmanın
qarşısını almaq üşün soyuq sudan istifadə ediblər. İlk dəfə olaraq xəstənin dırnağından
vərəm diaqnozunu anladılar və sarılıq və sarılığın müalicəsini təsvir etdilər.
İslam həkimləri, nəbzin hərəkətindən, xəstənin ürəyinin vəziyyətini, sidiyi görməklə isə
qaraciyərin vəziyyətini müəyyən edirdilər. Təəccüblüdür ki, o testlər hələ də sivil dünyada
mövcuddur və nəbz və sidiklə xəstəliklərə diaqnoz qoyur.
Yuhənna ibn Masəviyyə cüzam haqqında kitab yazan ilk şəxsdir. Əbu Bəkr Razi çiçək
və tif xəstəliyi haqqında xüsusi kitab yazan ilk həkimdir. Bunlara əlavə olaraq, müsəlman
həkimlər tibb elminə dair əhatəli toplular yazmışlar.
Maks Meyerhof
İslamın zühurundan sonrakı ilk əsrlərdə təbiət elmləri arasında ən çox tibb elmi tərəqqi
tapmışdır. Əməvi xilafəti dövründə alimlər, xüsusən də həkimlər Dəməşqə (o zaman
paytaxt idi) gedirdilər. Şübhəsiz ki, Razi İslam dünyasının ən böyük həkimi və ən mühüm
fizik alimi idi. Razinin ən məşhur kitabları çiçək və qızılca haqqındadır. Bu kitab əvvəlcə
latın dilinə, sonra isə digər Avropa dillərinə tərcümə edilmiş və 1498-ci ildən 1866-cı ilə
qədər müxtəlif dillərdə qırx dəfə çap edilmişdir. Cənab Razinin dünyanın ən yaxşı tibb
kitablarına bərabər olan ən böyük tibb kitablarından biri “Əl-Havi” adlanır və o, yunan və
ərəb təbabətini ehtiva edən əhatəli bir kitabdır. Bu adam, bütün ömrünü kitab oxumaqla,
tibbi təcrübələrlə keçirmiş və həyatının son illərində əldə etdiyi məlumatları kitab halına
gətirmişdir. Razi tibb kitablarından başqa ilahiyyat, fəlsəfə, riyaziyyat, astronomiya və
təbiət elmlərinə aid kitablar qoyub getmişdir. Onun son kitabı səma, zaman, maddə,
hərəkət, qidalanma, böyümə, atmosferi bilmək, işıq və kimyagərlik haqqındadır. Razinin
kimyagərliyinin əhəmiyyəti, son bir neçə ildə məlum olub.
Cənab Razinin müasir dövrünün məşhur yazıçılarından biri Fatimi xəlifələrindən
birinin həkimi olmuş İshaqdır. Onun yazıları 1080-ci ildə Afrikalı Konstantin tərəfindən
latın dilinə tərcümə edilmiş və orta əsrlərdə Avropa təbabətinə böyük təsir göstərmişdir. O
dövrdə məşhur müsəlman həkimlərdən biri Abbas idi; bu adam tam və çox yaxşı bir tibb
ensiklopediyası yazıb, kitabın əvvəlində ərəb və yunan tibb traktatları haqqında son dərəcə
maraqlı bir fəsil yazıb və sonra tibbin bütün elmi və fərziyyə hissələrini izah edib. Bu
kitab iki dəfə tərcümə olundu, lakin sonralar İbn Sinanın Tibb kitabı bunu əvəz etdi.
Böyük alim Əbu Əli Hüseyn İbn Sina İslam dünyasının ən böyük alimlərindən biri idi,
baxmayaraq ki, o, daha çox filosof və fizik kimi tanınsa da, Avropada tibbə təsiri
heyrətamizdir. Ən yaxşı tibb kitablarından biri olan İbn Sinanın “Qanun” kitabı, Avropada
tərcümə edilmiş və alimlərin ixtiyarında qoyulmuşdı, bundan əlavə, XV-ci əsrin son 30
ilində bu kitab Avropada 16 dəfə nəşr olunub, onlardan 15-i latın dilinə, biri isə ibri dilinə
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
69
tərcümə edilib. 16-cı əsrdə iyirmi dəfədən çox çap olunub və bu onun kitabının
əhəmiyyətini göstərir. İbn Sinanın 15-ə yaxın məşhur tibb kitabı var. Bundan əlavə, o,
ilahiyyat, hikmət, astronomiya və dilçiliklə bağlı 100-ə yaxın kitab yazmışdır.
Əbu əl-Qasim adlı bir müsəlman həkim Kordovada saray həkimi idi. Onun bəzi
risalələri cərrahiyyə ilə bağlı idi ki, İslam yazıçıları o dövrə qədər bu haqda heç nə
yazmamışdılar və onun risalələri Avropada mövcud cərrahiyyənin əsası hesab edilməlidir.
Bu risalələri erkən vaxtlarda latın və ibri dillərinə tərcümə edildi və məşhur fransız cərrahı
Qodoşiliak (1300-1368), o kitabın latın tərcüməsini öz kitabına əlavə etdi.
11-ci əsrdə Misir, Suriya və İraqda təcrübələr və tibbi kitabların yazıları çoxaldı.
Qahirədən olan Əli bin Rizvan misirlilər üçün tibbi kitab yazıb. Bu alim Galen və yunan
alimlərinin sadiq pərəstişkarı idi. Müasirlərindən olan İbn Bətlan Bağdadda başqa bir tibb
kitabı yazdı və hər ikisi tez bir zamanda latın dilinə tərcümə edildi.
Əbu Reyhan əl-Biruni, həkim, astronom, riyaziyyatçı, fizik, tarixçi və coğrafiyaçı idi.
O, İslam elmlərinin qızıl dövrünün ən görkəmli alimlərindən hesab olunur.
İbn Rüşd, Aristotel filosoflarından olan İbn Zöhrün tələbəsi və dostu idi. Bu adam
müxtəlif dərmanlar haqqında 16 kitab yazmışdır ki, onlardan birinin latın dilində
tərcüməsi çox məşhurdur. Həmin kitab “Külliyat fi Tibb”-dır. 1255-ci ildə yəhudi Paduan
Bonacusa tərəfindən “Colliget” adı ilə tərcümə edilişdir.
Məşhur ərəb tarixçisi, siyasətçisi və həkimi İbn əl-Xətib İslam alimləri tərəfindən kəşf
edilən vəba xəstəliyini yaxşı şəkildə izah etmişdir.
Digər bir həkim İbn əl-Xatmədir. 1369-cu ildə vəba xəstəliyi haqqında bir kitab
yazmışdır və o kitab Avropa alimləri tərəfindən istifadə edilmişdir.
Xəstəliyin yayılmasının diaqnozunu qoyan belə müsəlman həkimlərə son dərəcə
minnətdar olmalıyıq; çünki orta əsrlərdə əksər yunan həkimləri bu məsələyə aydınlıq
gətirməyiblər.
Bir sözlə, bu vasitə ilə Şərq elmləri Avropanın quru torpağına rəhmət yağışı kimi
yağmış və onu məhsuldar etmişdir. Avropalılar yavaş-yavaş Şərq elmləri ilə tanış oldular,
cərrahiyyə, qadın xəstəlikləri, göz xəstəlikləri haqqında kitablar yazdılar. 1780-ci ilə qədər
Almaniya və İngiltərədə Razi və Əli İbn İsanın bəzi tibbi göstərişləri qəbul edilmişdi və
hələ də bəzi İslam xalqlarında İbn Sina və Razinin metodu ilə cərrahityyə əməliyyatı
olunur. [İsfəhani, 1384 h.ş, c.1, s.174].
Dr. Siqrid Honke
Honke orta əsrlərdə Frank təbabəti haqqında yazır:
On gündən sonra Sabit yenə əmimin yanına gəldi. Biz elə bilirdik ki, o, Livanda yaralı
və xəstə frankları müalicə edir. Səlibçilər öz həkimlərinin müalicəsinə, dərmanına az
inanırdılar və çalışırdılar dəri xəstəliklərini, mədə xəstəliklərini, ürək ağrılarını və digər
xəstəlikləri müsəlman həkimlər müalicə etsinlər. Əl-Munitra qəsrində yaşayan əmim
Hakim Şizerin xahişi və təkidi ilə bacarıqlı və müsəlman həkim olan Sabit Franki Man
dostlarının müalicəsi üçün onlara verildi. Şizerin hakimi əmim, əl-Munitra qəsrində
yaşayan frank qonşularımızın xahişi və təkidi ilə mahir və müsəlman həkim olan Sabiti,
frank dostlarımızı müalicə etmək üçün onlara verdi. Lakin Sabit tezliklə Frank
qarnizonundan qayıtdı. Təəccüblə ondan soruşduq: xəstələri necə tez müalicə etdiniz?
Sabit cavab verdi:
Budundan çiban çıxmış bir zadəganı və yüksək hərarəti olan bir qadını gətirmişdilər,
kişinin çibanına irin çıxaran məlhəm sürtdüm, çiban açıldı və yaxşılaşırdı, qadına da
yemək yazdım, o da yaxşılaşırdı, bir frank həkimi gəlib dedi: bu adam (yəni Sabit həkim)
sizi sağalda bilməz; sonra üzünü ayağında çiban olana çevirib soruşdu: bir ayaqla yaşamaq
istəyirsən, yoxsa iki ayaqla ölmək? O, cavab verdi, bir ayağımla sağ qalmaq istərdim.
Sonra franklı həkim göstəriş verdi güclü bir kişi balta ilə gətirsinlər, mən orada olduğum
zaman çiynində balta olan bir kişi gəldi. Bu zaman həkim, xəstənin ayağını kötüyün
üstünə qoydu və baltalı adama bir zərbə ilə xəstənin ayağını kəsməyi göstəriş verdi. O,
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
70
balta ilə xəstənin ayağına zərbə endirib. Amma həmin zərbə ilə ayağı kəsilmədi və ikinci
zərbəni endirdi. Bu iki dəhşətli zərbə ilə sümük iliyi çıxdı və xəstə elə orada öldü. Sonra
Frank həkimi o qadını müayinə edib dedi: bu qadının başında şeytan var və ona aşiq olub,
onun saçını kəsin! Həmin qadın verdiyim reseptə əsasən yaxı olmuşdı, ancaq sonradan
yeməklə bağlı verdiyim reseptə fikir vermədi, çəkinmədən yenə həmyerlilərinin yediyi
yeməkləri yedi, sarımsaq və xardal yeməklə yenidən qızdırması gücləndi. Frankinin
həkimi dedi: Şeytan onun beyninə girib, bu cümlə ilə salmani bıçağı götürüb baş dərisini
xaç şəklində kəsdi, kəllə sümüyü üzə çıxana qədər dərini ortadan çəkdi. Sonra kəllə
sümüyünə duz ilə sürtdü, qadın elə o vəziyyətdə dünyasını dəyişdi.
Bu hadisədən sonra mən onlardan soruşdum mənə ehtiyac varmı?
Onlar cavab verdilər, xeyr, sənə ehtiyac yoxdur. Mən də o vaxta qədər xəbərsiz
olduğum Frankların həkimlik sənətini gördükdən sonra Frank kazarmalarından qayıtdım.
Frank tibb sənətinin nümunəsi kimi bu qorxulu əhvalatı bizə istehzalı təbəssümlə
danışan bu şəxs, Əmir Usamə bin Munqad (1188-1095) Şizerin qız nəvəsidir. [Hunke,
1362 h.ş, c.2, s.43]
4.Müsəlman həkimlərə tibbi sertifikatın verilməsi
İlahiyyat məktəblərinin professorları tibb fakültəsi tələbəsinin nə qədər müddətdə və
hansı kurslarda və təcrübəsinin hansı həddə olduğu haqda sertifikat verdilər. Hər cür
təsadüfi və savadısz şəkildə müalicə etməyin qarşısını almaq üçün və xəstəni həkim kimi
rəsmi müalicə etmək istəyən şəxs rəsmi lisenziya təqdim etməli idi. Bu, həm Şərq İslam
Dövlətində, həm də İslam İspaniyasında xəlifə tərəfindən qoyulmuş bir qanun idi. Amma
bu sərəncam ilk dəfə 931-ci ildə Bağdadda verilmişdir. Xəlifə Əl-Məqtədir Bağdaddakı
həkimlərdən birinin xəstənin ölümünə səbəb olan səhvə yol verdiyini öyrənir. Ona görə də
əmr edir ki, bundan sonra hökumətin xidmətində olanlardan başqa bütün həkimlər imtahan
versinlər və həkimliklə məşğul olmaq üçün yazılı icazə alsınlar. O, həkimlər birliyi yaratdı
və Sənan bin Sabiti onun rəhbəri təyin etdi. Həkimlərə öz ixtisaslarına uyğun sertifikatlar
verməyi əmr etdi ki, onların hər birinə ancaq kifayət qədər biliyi və bacarığı olan
xəstəliklər üzrə həkimlik etməyə icazə verilsin.
931-ci ildə hökumətin xidmətində olan rəsmi həkimləri saymasaq, təkcə Bağdad
şəhərində 860 həkim var idi. Eyni zamanda, bütün Ren-Vestfalyada (Almaniya) bir dənə
də olsun həkim tapmaq mümkün deyildi. [Hunke, 1362 h.ş, c.2, s.72]
5.Xəstəxana tikintisi
Dr. Zigrid Hunke yazır:
Bir neçə xəstənin bir yerdə baxıldığı evlər Avropada 12-ci əsrin əvvəllərinə qədər
mövcud deyildi, səlib yürüşləri başladıqdan sonra müsəlmanlardan nümunə götürülərək
Avropada xəstəxana quruldu. Yəni Avropada evlər düzəldildi təkcə xəstələr orada qalırdı
müalicə olunmurdular. Xəstələr uzun müddət həkimsiz və müalicəsiz qalsalar da, heç
olmasa onlara qayğı göstərilib. Xəstəni müalicə etmək deyil ağrıları azaltmaq, kilsənin
düşüncə və inanclarının sərhədləri daxilində idi. Avropadakı ilk xəstəxanalardan biri
Parisdə (1536-cı ildə qurulmuş) Hotel Dave (Tanrı sığınacağı) idi, o dövrdə oranı görən
şəxslərin dediklərinə əsasən Avropanın ən yaxşı xəstəxanası idi.
6.Qərbdə xəstəxanaların şəraiti
Kərpicdən döşənən yerin üzərinə quru otlar yayılmışdı və bu otların üzərində xəstələr
uzanırdılar, xəstələrin uzanması belə idi ki, birinin başı digərinin ayaq tərəfində olurdu
(baş-ayaq şəkildə uzanırdılar). Uşaqlar yaşlıların yanında yatırdılar. İnanılmaz bir iş olsa
da, kişi xəstələrlə qadın xəstələr bir yerdə yatırdılar. Yoluxucu xəstəlikləri olan insanlar
qismən sağalmış xəstələrin yanında olurdu və hamısı bir-birinə yaxın yatırdılar.
Çox vaxt xəstələrin ən əsas ehtiyacları belə ixtiyarlarında olmurdu. Xəstələrə ən pis
yeməkləri verirdilər, o da kifayət qədər və vaxtında olmurdu. Yemək yalnız xəstələri
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
71
görməyə gələn xeyirxah insanların özləri ilə yemək gətirdikləri zaman kifayət qədər
verilirdi. Bu məqsədlə xəstəxananın qapısı gecə-gündüz açıq olurdu, istənilən şəxs gələ və
xəstələr üçün istədiyi yeməyi özü ilə gətirə bilərdi.
Bütün bina milçəklər və iyrənc böcəklərlə dolu olurdu. Səhər vaxtı xəstələrin yatdığı
otaqların içərisindəki hava o qədər pis qoxulu orurdu ki, gözətçilər və tibb bacıları
burunlarının önünə sirkə batırılmış süngər tutaraq içəri girmək məcburiyyətində olurdular.
Ölənlərin cəsədləri öldükləri yerdə 24 saata qədər qalırdı bəzi hallarda daha çox müddət
qalmalı olurdular və daha sonra uyğun bir yerə köçürülürdülər. Digər xəstələr bütün bu
vaxtı cansız meyitlərlə keçirməli olurdular. Əlverişsiz şəraitdə cəsədlər qısa müddətdən
sonra iyilənir və ətyeyən yaşıl milçəklər ətraflarına toplanırdı. [Hunke, 1362 h.ş, c.2, s.43].
Orta əsrlərdə Avropa xəstələrinin və xəstəxanalarının vəziyyətindən qısaca xəbərdar
olduqdan sonra müsəlman xəstələri və xəstəxanalarının vəziyyəti ilə də tanış olaq və bir az
özümüzə gələk, nə olduğumuz və başımıza gələnlər barədə məlumatımız olsun.
7.Orta əsrlərdə müsəlman xəstələri və xəstəxanalarının vəziyyəti
Bir xəstənin, xəstəxanadan atasına yazdığı məktub;
Əziz atam, məni görməyə gələndə mənə pul gətirməyini soruşursan?! Xəstəxanadan nə
vaxt çıxsam, yeni bir paltar dəsti və beş qızıl sikkə alacağam, xəstəxana bunu
xəstəxanadan gəldikdən dərhal sonra işə getməməyimə görə kömək edir, buna görə də
heyvanlarını satmağın lazım deyil. Ancaq məni görmək istəyirsənsə, bu günlərdə gəlməyin
məsləhətdir. Mən cərrahiyyə otağının yanında ortopediya şöbəsinə yerləşdirilmişəm, əsas
qapıdan girdikdən sonra cənub hissədə yerləşən bayır zaldan keçirsən, orada poliklinikanın
keçidi yerləşir. Məni yıxılandan sonra bura gətirdilər. Orada hər bir xəstəlik əvvəlcə
köməkçi həkimlər və tibb tələbələri tərəfindən yoxlanılır. Xəstəxanaya yerləşdirilməsinə
ehtiyac olmayan istənilən xəstə üçün yerindəcə resept yazır ki, yaxınlıqdakı xəstəxananın
aptekinə gedib onu ala bilər.
Məni müayinə etdikdən sonra xəstəxana jurnalına adımı yazdılar. Sonra məni palatanın
müdirinin yanına apardılar daha sonra tibb bacısı məni xəstəxananın kişi şöbəsinə apardı,
orada mən yuyunub xəstəxana paltarı geyindim. Sol tərəfdə kitabxana və xəstəxana
müdirinin tələbələrə dərs dediyi böyük tədris zalı yerləşir. Bura olduqca işıqlı və təmizdir.
Çarpayılar yumşaq, mələfələr ağ Dəməşq parçasından, üstləri isə məxmər kimi zərifdir.
Hər otaqda mənbəyə qoşulmuş su borusu var. Bütün otaqlarda peçlər var, gecələr soyuq
olanda onu yandırırlar. Demək olar ki, hər gün quş və ya qoyun ətindən yemək verilir,
təbii ki, mədəsi belə yeməyə qəbul edə bilənlərə (yəni mədəsində problem olmayan
xəstələrə). [Hunke, 1362 h.ş, c.2, s.61]
Dr. Zigrid Hunke bu məktubu qeyd etdikdən sonra yazır:
Yuxarıdakı məktubda 20-ci əsrlə müqayisə oluna bilən bir vəziyyət təsvir edilir,
baxmayaraq ki, əslində bu, min il əvvəl İslam ölkələrinin bütün böyük şəhərlərində
mövcud olan xəstəxanalardan birinin təsviridir. Himalay və Pireney dağları arasında islam
sivilizasiyasının mərkəzləri yerləşirdi. Təkcə Kordova şəhərində 10-cu əsrdə əlli xəstəxana
var idi. Harun ər-Rəşidin dövründə Bağdad xəstəxanaları daha da əhəmiyyətli idi. Bu
xəstəxanaların yeri hava və su şəraitinə uyğun olaraq diqqətlə seçilirdi. Dəclə suyu bütün
xəstəxana otaqlarında borularla axırdı.
Sultan Əzdud-Dövlə Bağdadda yeni və müasir xəstəxana tikmək istəyəndə məşhur
həkim cənab Raziyə bu iş üçün ən yaxşı yeri seçməsini göstəriş verdi. Təcrübəli alim olan
Razi qoyun əti tikələrini köməkçiləri tərəfindən şəhərin ətrafında müxtəlif yerlərdə
asıdırdı, 24 saatdan sonra ət tikələrini bir-biri ilə müqayisə etdi, daha təmiz və təravətli
qalan ət olan yerdə Əzdi xəstəxanasını tikdirdi. [Hunke, 1362 h.ş, c.2, s.62]
Vil Durant deyir:
Bu dövrdə İslam ərazisində yaradılmış otuz dörd xəstəxananın adı bizə məlumdur,
görünür, hamısı elmi cəhətdən Cündişapur xəstəxanasından bəhrələnmişlər. Haqqında
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
72
bildiyimiz ilk xəstəxana Bağdadda Harun ər-Rəşidin dövründə yaradılmışdır. Sonra, 10-cu
əsrdə daha beş xəstəxana yaradıldı. 918-ci il hadisələri arasında tarixçilər Bağdad
xəstəxanasının müdirindən bəhs edirlər. İslam aləmindəki ən böyük xəstəxanalar 706-cı
ildə Dəməşqdə qurulan və 978-ci ildə iyirmi dörd həkimi olan xəstəxana idi. Xəstəxanalar
tibb tədrisi üçün ən mühüm yerlər idi. Həkimlik etmək məqsədiylə keçirilən imtahana
girib hökumətdən icazə almadan heç kimin həkimlik etmək hüququ yox idi.
Əczaçılar, bərbərlər və sınıqçılar hökumətin təyin etdiyi qayda və qanunlara tabe idi.
Müsəlmanlar yaxşı xəstəxanalar yaratmaqda və onların avadanlıqları ilə təmin etməkdə
dünyanın qabaqcılları olmuşlar. Nurəddin Mahmudun 1160-cı ildə Dəməşqdə qurduğu
xəstəxana bütün xəstələri ödənişsiz müalicə edir və üç əsr ərzində pulsuz dərman verirdi.
Tarixçilərin fikrincə, bu xəstəxananın ocağı 267 il ardıcıl olaraq yanıb və heç zaman
sönməyib. 1185-ci ildə Bağdada gedən İbn Cübeyr şəhərdəki böyük Əzdi xəstəxanasını
(Dəclə sahillərində kral sarayları kimi dayanan və xəstələrə pulsuz yemək və dərman
verən xəstəxananı) görəndə təəccüblənir.
Qahirədə Sultan Qəlaon 1285-ci ildə Orta əsrlərin ən böyük xəstəxanası olan Mənsuri
xəstəxanasını qurdu. Dörd divarla əhatə olunmuş geniş məkanın içərisində dörd bina
yüksəltdi. Onların arasında isə eyvanlarla əhatə olunmuş bir sahə var idi, hovuzlar və su
arxları onun havasını sərinləşdirirdi. Burada müxtəlif xəstəliklər üçün ayrıca şöbələr var
idi. Burada həmçinin bir neçə laboratoriya, ümumi aptek, ambulatoriyalar üçün
poliklinika, bir neçə mətbəx və hamam, kitabxana, ibadət otağı və mühazirə zalı var idi;
xüsusən də ruhi xəstələrin, xəstəxanada oluqları hissəsində ürəkaçan mənzələrər var idi.
Orada xəstələr, kişi, qadın, varlı, kasıb, azad və qul arasında heç bir fərq olmadan
ödənişsiz müalicə olunurdu. Sağalmış xəstələrə xəstəxanadan çıxanda xəstəxanadan bir
məbləğ verilirdi ki, onlar bədənləri güclənənə və tam şəkildə sağlamlıqlarını əldə edənə
qədər işləməyə ehtiyac duymasınlar. Yuxusuzluqdan əziyyət çəkən xəstələr həzin
musiqiyə və peşəkar hekayəçilərə qulaq asar, bəzi hallarda isə tarixi kitablar mütaliə
edirdilər. Bütün böyük İslam şəhərlərində ruhi xəstələrin müalicəsi üçün pisxiyatoriya
xəstəxanaları var idi.
Burada belə bir sual yaranır bu işlərin büdcəsi haradan təmin edilirdi? Yalnız Mənsur
xəstəxanası ildə bir milyon dirhəm tələb edirdi! Xəstəxanaların ixtiyarında büdcələr sona
çatmırdımı?
Siqrid Honkenin dilindən bu sualın cavabı:
Bu məbləğ dövlətin dövlət gəlirindən ödənilirdi və adi hal idi ki, hər bir xəstəxananın
tikintisi ilə yanaşı, onun xərcləri üçün də kifayət qədər vəqf müəyyən edilirdi.
Bu vəqf torpaqları etibarlı və yüksək rütbəli şəxslər tərəfindən idarə olunurdu, bu
insanlara da, hökumət nəzarət edirdi. Xəstəxanaların müdiri adətən əmir və ya
zadəganlardan biri idi, inzibati və mühasibat işlərinə nəzarət və rəhbərlik edirdi. Lakin
sultan bu təşkilatlara, yəni xəstəxanaya və onun vəqflərinə baş çəkərək, sorğu-sual edərək
məlumat əldə edirdi, nəzarət və nəzarət prinsipində təkid edirdi. [İsfəhani, 1384 h.ş, c.1,
s.199]
Dr. Maks Meyerhof
Müxtəlif yerlərdə Cündişapuru təqlid edərək xəstəxanalar yaradıldı. Bu xəstəxanaların
əksəriyyəti İran, Mərakeş, Suriya və Misirdə idi. Qahirədə ilk xəstəxana 872-ci ildə İbn
Tulun tərəfindən yaradılmış və 15-ci əsrə qədər qalmışdır. O xəstəxanadan ndan sonra bir
neçə başqa xəstəxana yaradılmışdır. Bağdadda ilk xəstəxana 9-cu əsrin əvvəllərində Harun
ər-Rəşid tərəfindən tikilib, onuncu əsrdə isə daha beş xəstəxana tikilib. On birinci əsrdə
səyyar xəstəxanalar da var idi. Bacarıqlı cərrahlar tələbələr üçün mühazirələr oxuyurdular,
onları imtahan edib, sertifikatlar verirdilər, əczaçılar, stomatoloqlar və ümumi həkimlər
“Ümumi Səhiyyənin” nəzarəti altında idi. İşə başlamaq istəyən hər bir həkim xüsusi
imtahandan keçirilir və onların praktiki məşğələləri üçün şərait yaradılırdı. Hər xəstəxana
iki hissəyə bölünürdü. Bir hissəsi qadınların müalicəsi üçün, digər hissəsi isə kişilər üçün
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
73
idi və hər birinin yeməkləri və ədviyyatları ayrı və xüsusi idi. Bəzi xəstəxanalarda
kitabxana var idi.
Səyyar xəstəxanalar
Filip Xuri Hitti yuxarıda qeyd etdiyimiz məlumatdan əlavə olaraq yazır:
Müqtədirin vəziri Saleh bin Əli, Sinana göstəriş vermişdi, həkimlərdən ibarət
nümayəndə heyəti, hər yerə lazımi dərmanlarla gedib camaatı müalicə etsinlər,
həbsxanalara gündəlik baş çəkməyi də başqa həkimlərə həvalə etmişdi. Bu cür işlər o
dövrdə dünyanın başqa yerlərində rast gəlinməyən xalq sağlamlığına müdrik diqqətin
əlamətidir. Sənan təbabətin inkişafındakı səylərinə və Bağdaddakı xəstəxananı idarə
etməkdə qazandığı uğura görə yüksək ada layiqdir. Bağdad Xəstəxanası Rəşidin 9-cu əsrin
əvvəllərində yaratdığı ilk İslam xəstəxanası idi. Çox keçmədi ki, İslam dünyasında 34-ə
yaxın xəstəxana yarandı.
Corci Zeydan yazır:
İlk İslam xəstəxanası hicri 88-ci ildə Dəməşqdə Vəlid bin Əbdül-Mülk Əməvinin əmri
ilə qurulmuşdur. O həkimləri həmən xəstəxanada işə təyin etdi və dəliləri o xəstəxanaya
topladı. Əməvi hökuməti dağılana qədər onların idarəsi üçün büdcə təyin etdi, İslama xas
olan yeganə xəstəxana Dəməşqdəki bu xəstəxana idi.
İlk Abbasi xəlifəsi Mənsur Cündişapur xəstəxanasından Bağdada həkimlər gətirdi,
lakin o, xəstəxana yaratmadı, o, yalnız korlar və qocalar üçün qocalar evləri açdı, Mənsur
və ya onun canişini Bağdadda fsixotiriya xəstəxanası qurdu. Bağdad xəstəxanasının adı
başqa şəhərlərdə məşhurlaşan kimi, ən mühüm yerlərdə Bağdadı təqlid edərək
xəstəxanalar qurdular. Eyni şəkildə Bağdaddan başqa sivilizasiya vasitələri də
götürülürdü.
Üçüncü əsr hələ sona çatmamışdı, Məkkə, Mədinə və digər İslam şəhərlərində
xəstəxanalar açıldı. Dördüncü əsrin əvvəllərində Müqtədar Abbasi və nazirləri Bağdad və
onun ətrafında xəstəxana tikmək və idarə etmək üçün yarışdılar. Təbii ki, xəstəxanalar
eyni zamanda digər İslam ölkələrində də yaradılmışdır: Xorasan, Mosul, Şam, Əndəlus və
digər yerləri qeyd etmək olar, ancaq onların hamısını burada qeyd etmirik.
İbn Cübeyr hicri 6-cı əsrdə yazdığı səyahətnamədə gördüyü İslam xəstəxanaları
haqqında ətraflı məlumat yazır: O dövrün İslam xəstəxanaları mükəmməl nizam-intizamla
işlədilirdi, milliyyətindən, dinindən və peşəsindən asılı olmayaraq, bütün xəstələrə yüksək
qayğı ilə yanaşılırdı və hər xəstəliyin öz zalı və ya zalları var idi.
Həkim köməkçiləri və tibb bacıları xəstələri müayinə edib, onlara dərman və
yeməklərini müəyyən edirdilər. Sağalan hər bir xəstə evə buraxılırdı. Hər bir xəstə
ölürdüsə, kəfən və dəfn xərclərini xəstəxana ödəyirdi, eyni zamanda tibb və əczaçılıq da
eyni yerdə tədris olunur, tələbələr elmi dərslərlə yanaşı praktiki məşğələlər keçiriblər.
Müsəlmanlar, səyyar xəstəxanalar yaratmışdılar, dəvələr və qatırlarla ora-bura apardılar.
Məsələn, Sultan Mahmud Səlcuqun ordusunda qırx dəvənin çəkdiyi bir xəstəxana var idi,
ordu hara getsəydi xəstəxananı da ordu ilə aparardılar. [İsfəhani, 1384 h.ş, c.1, s.202]
Qustav Lebon yuxarıdakı məlumatı biraz fərqli şəkildə yazdıqdan sonra deyir:
Keçmişdə müsəlmanların tikdirdiyi xəstəxanalar sağlamlıq prinsipləri baxımından
bizim indiki xəstəxanalarımızdan daha yaxşı idi; çünki onlar çox geniş tikilirdi, yaxşı suyu
olardı və hava axını xəstəxanaların içində çox idi. Cənab Raziyə Bağdadda xəstəxana
tikmək üçün ən yaxşı məhəlləni seçmək təklif edildikdə, O, qeyd olunan yeri seçmək üçün
yeni mikrobioloqlar tərəfindən də qəbul edilən bir üsul seçdi. Razi göstəriş verdi hər
məhəllədə bir tikə ət assınlar, sonra baxsınlar ət harada gec iyləyərsə, orada xəstəxana
tiksinlər.
Müsəlman xəstəxanalarının indiki xəstəxanalar kimi bir hissəsi xəstələr üçün, digər
hissəsi isə tibb təhsili alan tələbələr üçün nəzərdə tutulmuşdu və bu, tələbələrin kitablarda
oxuduqlarından daha çox xəstələrin çarpayılarının kənarında olurdular və praktiki təsil
görürdülər. Lakin Avropanın orta əsr universitetləri bəziləri istisna olmaqla, tibb təhsilində
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
74
bu üsula əməl etmədilər. Müsəlmanlar dəlilik kimi bəzi xəstəliklər üçün xüsusi
xəstəxanalar tikdirmişdilər, indi bizdə olduğu kimi, yoxsul xəstələri müəyyən günlərdə
pulsuz müalicə edən və onlara qulluq edən xeyriyyə birlikləri var idi və xəstəxana tikmək
mümkün olmayan yerlərə dərman və həkim göndərdilər.
Qustav Lebon yenə yazır: mənim əldə etdiyim nəticə budur ki, 10-cu əsrdə müsəlman
həkimlər indiki tibbdən çox itki verməyiblər.
8.Biologiya və tibb
Tədricən elm adamları və həkimlərin botanika ilə maraqlanmağa başlaması bir çox
bitki haqqında məlumat və izahların artmasına səbəb olmuşdur. Müsəlmanların bitkilərlə
də müalilicə etmişlər.
Biologiyanın digər bir mühüm sahəsi olan zoologiyanın isə hazırda baytarlıq elmi
adlandıra biləcəyimiz başlanğıcı vardır. Tibbin digər sahələrində olduğu kimi, heyvan
xəstəlikləri və onların müalicəsi barəsində bilik sahibi olan yerli həkimlər mövcud idi.
İslam dövrünə aid ilk yazılı əsər Əbdülməlik ibn Qüreyb əl-Əsmainin (740-828) əsəridir.
Dəvə, at, qoyun, vəhşi heyvanlar və insan vücudu barəsində əsərlər yazmışdır. Onun
əsərləri ərəblərin hələ o dövrlərdə insan anatomiyası haqqında nə qədər mühüm
məlumatlara sahib olduqlarını göstərir. [Sarton, 1927, c.1, s.534] Baytarlıq elmi çox
keçmədən müstəqil bir sahəyə çevrilmişdir. XVI Abbasi xəlifəsi Mütəzidin (ö. 902) cinslik
at fermasında atlarının mehtəri olan Əbu Yusif Yaqub ibn Əxi Hizamın (əl-Hüttəli)
miniciliklə bağlı əsəri baytarlığın əsasını qoymuşdur.
Dərmanla müalicə sahəsində, meşədə çox təsirli şəfalı bitkilər kəşf edənlərdən,
laboratoriyada təcrübə aparanlara qədər çox sayda adları bilinməyən kəşf edənlər
yaşamışlar. Onların töhfələri yunan, hind, fars və İslam dövrünün müştərək töhfələri
sayılmışdır. Müasir dövrdə Hindistanda tətbiq olunan Yunan tibbi bunun bir nümunəsidir.
Bu kəşflər əhəmiyyətli idi. Tibbin farmakologiya sahəsi ilə məşğul olanlar bu kəşfləri
toplayaraq cildlərlə əsər nəşr etdirmişdilər.
Bu barədə ən mühüm əsərlərdən birinin yalnız latın dilində tərcüməsi əlimizdədir, ərəb
dilindəki orijinalı isə itmişdir. Mətni toplayan özünü Məsuə kimi təqdim edən naməlum
bir şəxsdir. Bu əsərdə işlətmə dərmanları üç növə ayrılmışdır. Yumşaldıcı işlədicilər
(Hindistan tamarindası, əncir, alça, Çin darçını), yüngül işlədicilər (səna, əzvay, ravənd)
və sərt işlədicilər (yalapa, oxyarpaq sarmaşıq, kolosint). [Garrison, 1929, s.133]
İbn Sərabi, Toledolu İbn əl-Vafid və İbn əl-Baytar tədqiqatlarının böyük hissəsini
dərmanla müalicəyə həsr etmiş əndəlüslü alimlərdir. Onlar haqqında çox az məlumat var.
Həm Serapion Junior kimi tanınan İbn Sərabinin, həm də Toledolu ibn əl-Vəfidin
əczaçılıqla bağlı əsəri var. İbn əl-Baytar da baytarlıqla bağlı daha əhatəli bir əsər
yazmışdır. Müsəlman İspaniyasında anadan olmuş və Şamda 1248-ci ildə vəfat etmişdir.
Həyatının böyük bir hissəsini Yunanıstan, Misir və Anadoluda müalicəvi bitkiləri tədqiq
etməyə həsr etmişdir. Həmin ölkələrdən, başqa insanların tədqiqatlarından və öz
kəşflərindən öyrəndiklərini müsəlman dünyasında dərman müalicəsinə tətbiq etmişdir.
Əsərdə 300-ü həmin dövr üçün yeni olan 1400-ə yaxın dərman təsvir olunmuşdur.
Müsəlmanlar həm də müxtəlif dərman istehsalı metodları kəşf etmişdilər. Həmçinin öz
tədqiqatlarını və səyahətlərindəki kəşfləri dərman sahəsinə də tətbiq etmişdilər. Beləliklə,
əczaçılığın təməlini qoymuş və dərman hazırlamaqda püxtələşmişdilər. Şərbət, sirop, alkol
(bu sözlərin hamısı ərəb mənşəli sözlərdir) və traqakant bunların bəziləridir.
Müsəlman doktorlara tənəffüs yolu ilə istifadəyə yararlı bir anesteziya imkanı yaradan
əczaçılıq vasitələrindən biri də “yatızdırıcı süngər”-dir. Bu süngər ağrıya dözümlülük
yaradan keyidici maddələrə batırılırdı. Daha sonra qurudulur və istifadə olunurdu. Bu
süngər müsəlman cərrahların əməliyyatlarda uğur əldə etmələrində böyük rol oynayırdı.
Süngər Qərbdə ilk dəfə Bolonyalı Teodor tərəfindən istifadə olunmuşdur. O da
müsəlmanlardan aparmışdır. [Campbell, 1926, c.1, s. 55]
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
75
Edvard Braun yunanlardan miras qalan kimya və tibbi avadanlıq sahəsindəki elmi
doktrinaya ən böyük töhfəni müsəlmanların verdiyini bildirir. [Arabian Medicine, 1999,
s.15-16]
9.Psixiatriya xəstəxanası
Avropada bütün sağalmaz xəstələr, xüsusən də ruhi xəstələr bütün orta əsrlər boyu və
18-ci əsrə qədər lənətlənmişdirlər. Avropada ruhi və mənəvi xəstəliklərin müalicəsi,
xəstədə olduğuna inanılan pis ruhların çıxarılması idi. Əgər günahsız dəlilər kişi
olsaydılar, onlara rəngarəng qadın paltarı geyindirər, üzərinə zəng və heyvan ayaq
sümükləri asar, beləliklə onları məhəllə sakinlərinə tanıtardılar. Sonra isə onu öz ixtiyarına
buraxır və məhəllənin cahil insanları onları məsxərə edərdilər.
Qədim Yunanıstanda zehni xəstələr ailələrinə verilirdi və ailə, xəstədən heç kimə zərər
verməyəcəyinə dair söz verməli idi, ancaq İslam ölkələrində ruhi xəstələr qorunur və
nevrologiya şöbəsində müalicə olunurdular, məsələn, Bağdad və Qahirədə nevroloji
şöbədəki ruhi xəstələr müvafiq həkim nəzarəti altında idi və bütün xəstəxana Sultanın
özünün həftəlik nəzarəti altında idi.
On doqquzuncu əsrdə Avropada ruhi xəstələr həbsxanaya salınaraq polisin nəzarəti
altında saxlanılırdı və onlara cinayətkar kimi yanaşırdılar. Avropada yalnız İspaniyada
İslam hökmranlığı dəvründən bəri ruhi xəstələr üçün “günahsızlar” adlı xəstəxanalar var
idi. 1751-ci ildə İngiltərə ruhi xəstələrə baxmaq üçün İslam sivilizasiya sistemini təqlid
edərək ilk addımı atdı. [İsfəhani, 1384 h.ş, c.1, s.197]
10.Əczaçılıq
Ticarət məqsədilə ilk dəfə IX əsrdə açılan əczaxanalar qısa müddətdə müsəlman
dünyasının hər tərəfində fəaliyyət göstərmişdir. Artıq müsəlman cəmiyyəti və həkimlər
bütün müsəlman dünyasından toplanaraq bir yerə gətirilən dərmanları ala bilirdilər. Müasir
dövrdə Qərbdə həblərin üstünə şəkərlə təbəqə çəkmə geniş yayılmış bir üsuldur. Lakin
müsəlmanlar o dövrdə gül suyu və ekstraktı istifadə edirdilər. Əczaçılar mütəxəssis və
icazəli idilər, mağazaları isə daim təftiş olunurdu.
Tibbi müalicə ilə əczaçılıq arasında heç bir fərq yox idi. Çünki dərman hazırlamaqla
bağlı təhsil də tibb təhsilinin vacib şərtlərindən biri idi. Bir çox həkim həmkarlarının
istifadə edə bilməsi üçün dərmanla müalicənin təfsilatını yazmışdır. Nəticədə kimya və
botanika farmakologiya sahəsinə yaxın sahələr hesab olunmuşdur. Bir çox tanınmış həkim
yeni dərmanlar düzəltmişdir.
Kindi həm də əczaçılıqla bağlı tədqiqatlar aparmışdır. Farmakologiyanı yaxşı bilən
alimlərdən biri də X əsrdə yaşayan və Herat hökmdarının özəl həkimliyini etmiş Əbu
Mənsur Müvəffəqdir. “Dərmanların həqiqi xüsusiyyətləri” adlı əsəri yunan, hind, süryani
və müsəlman mənbələrdən toplanan əczaçılıq biliklərini bir yerə cəmləşdirmişdir. 970-ci
ildə yazılmış bu sistematik tədqiqatda bitkilərdən, minerallardan və heyvanlardan alınan
585 dərman təsirlərinə görə dörd sinifə bölünmüşdür. Müvəffəq həm də ümumi
farmakologiya nəzəriyyəsinə bir tərif əlavə etmişdir. Əsərində daha sonra “Paris plasteri”
kimi tanınan gipsin hazırlanması və istifadəsindən bəhs etmişdir. Əsər, həm də müasir fars
mədəniyyətinin ilk elmi tədqiqatı sayılır. [Sarton, 1927, c.1, s.678] Müvəffəqin müasiri
fələstinli həkim Təmimi dərmanlarla təcrübələr aparmış, əczaçılıqla əlaqəli bir çox əsər
yazmış və qidaların insan sağlamlığına təsiri haqqında fikir bildirmişdir. O dövrdə Tunisin
əl-Qeyrəvan bölgəsində yaşayan İbn Cəzzar (898-980) “Səyyahın ərzaqı” adlı kitabı ilə
məşhur olmuşdur. Səyahətə çıxanlara çox faydası olan və çox böyük tələbat olan bu
kitabda səfərdə olanlara hər cür xəstəlikdən bəhs edilmiş və müalicə yolları təklif
olunmuşdur. Xüsusilə də (Misirdəki vəbanın səbəbləri daxil olmaqla) yoluxucu xəstəliklər
haqqında geniş, əhatəli məlumat verilməsi böyük əhəmiyyət daşıyır. Kitabın ən mühüm
xüsusiyyətlərindən biri də ətraf mühit və iqlim dəyişikliklərinin səbəbləri haqqında
məlumat verməsidir. Məsələn, aqrar bölgələrdən Məkkəyə gedən hacılar həyatlarını
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
76
dözülməz hala gətirən bir narahatlıqla qarşı-qarşıya qalırdılar. Məkkənin quru havası
burun boşluğundakı mukoza təbəqəsinin şişməsinə səbəb olurdu.
Həmin dövrün bir digər məşhur farmakoloqu, elmi fəaliyyətini Bağdadda aparan
Masəveyh əl-Mardinidir (ö. 1015). O, ölümünə qədər Misirdə Fatimi xəlifəsi əl-Hakimin
özəl həkimi olmuşdur. Peşə həyatının böyük hissəsini İslami tibb araşdırmalarına həsr
etmişdir. Əvvəlcə işlədici və qusdurucu dərmanlarla əlaqəli bir əsər yazmış, daha sonra isə
öz dövründə bilinən hər xəstəlik üçün bir dərman müalicəsi tövsiyə edən əsər yazmışdır.
Ən mühüm əsəri tibb dünyasında çox müsbət reaksiyaya səbəb olan və əsrlər boyu Qərbdə
farmakologiya sahəsində standart dərs kitabı olaraq qalan on iki fəsillik kodeksidir.
[Sarton, 1927, c.1, s.728]
Simon Set də eyni dövrdə Bizansda yaşayan bir yəhudi həkimdir və müsəlmanların tibb
və əczaçılıq sahəsində göstərdikləri inkişafı nümunə göstərir. Seth müsəlman alimlərin
latın dilindən ərəb dilinə tərcümə ənənəsini əksinə çevirənlərdən biridir. Ərəb dilindən
latın dilinə tərcümələr etmiş və müsəlman dünyasındakı dərmanlara üstünlük vermişdir.
İlk mühüm əsəri müəyyən qidaların (çoxu müsəlman dünyasına, bəziləri də Hindistana
aid) müalicəvi xüsusiyyətindən bəhs edən bir lüğətdir. Bu əsərdə ərəb dilindəki sözləri
yunan dilinə uyğunlaşdırmışdır. Bu sözlərdən həm də Qərbdə latın dilindəki tərcümələrdə
istifadə olunmuşdur. Məsələn, kafur, (camphor) müşk, ənbər, şərbət, (julep) syrup. “Bu
əsərdə qeyd olunan dərman və ədviyyatların hamısı olmasa da, bir qismi yunan dilində ilk
dəfə qarşımıza çıxır”. [Sarton, 1927, c.1, s.728] Seth botanika lüğəti də hazırlamışdır. Belə
məlum olur ki, botanika tibdən ayrılmış və müstəqil bir elm sahəsinə çevrilməyə
başlamışdır. Müəllifi Kordovalı əl-Bəkrinin (1014-1094) olduğu güman edilən müsəlman
İspaniyasının bitkiləri və ağacları haqqında da kitab mövcuddur.
Ustadlardan elm öyrənmək məqsədilə müxtəlif elm ocaqlarını gəzən alimlər sayəsində
tibb və əczaçılıq elmi İslam dünyasına yayılmışdır. Bir yerdə doğulub başqa bir yerdə tibb
öyrənərək tətbiq etməyə başlayan və sonra başqa bölgələrdə məskunlaşaraq həyatını
davam etdirən çox bacarıqlı həkimlər vardı. Bəziləri həmkarlarına daha çox məlumat ötürə
bilmək və iş həyatlarında onlara dəstək olmaq üçün kitablar yazmışdılar. Məsələn,
Masəveyh əl-Mardini yuxarı Mesopotamiyada anadan olmuş, Bağdadda işləmiş və daha
sonra Misirdə Fatimi xəlifəsi Həkəmin özəl həkimi olmuşdur. İşlədici və qusdurucu
dərmanlarla əlaqəli kitab yazmışdır. Lakin həmin dövrün ən məşhur əsəri müsəlmanların o
dövrdə əczaçılıq sahəsindəki bütün elmi mirasını ehtiva edən ensiklopediyalar idi. Həmin
ensiklopediyalar İslam dünyasında böyük maraqla qarşılanmış və əsrlər boyu Qərbdə dərs
kitabı kimi oxudulmuşdur. [Sarton, 1927, c.1, s.729]
Misirdə yaşayan başqa bir həkim isə Əmmar ibn Əli əl-Mövsilidir (ö. 1010). Mühüm
icadları ilə məşhurlaşmışdır. Sartona görə, “müsəlmanlar göz həkimlərinin ən böyüyü”-
dür. Göz, göz xəstəlikləri və müalicəsi haqqında yazdığı əsəri həm də cərrahi əməliyyatlar
haqqındadır. Kitabın bir fəslində “bir nəfərdə yumşaq katarakt təbəqəsinin absorbsiya
vasitəsilə müalicə etdiyi altı mərhələli katarakt əməliyyatı” nəql edilmişdir. Əmmarın
uğurlu töhfəsini ondan da məşhur olan Əli ibn İsa davam etdirmişdir. [İsa & Əli, 2020,
s.171-177]
Bir digər göz həkimi isə farsca əsər yazan İbn Mənsur əl-Yəmənidir. Uğuru ona verilən
“Zərrin dəst” (qızıl əl) adından da məlumdur. Tibb sahəsinə ən böyük töhfəsi
aftalmologiya sahəsində yazdığı “Nurül-uyun” adlı əsəridir.
Vil Durant məşhur tarixçi deyir:
İtaliya və Yaxın Şərq arasındakı vacib ticarətimizdən biri, İslam dərmanlarının idxalı
idi. İlk dəfə aptek müsəlmanlar tərəfindən yaradıldı, onlar ilk farmakologiya məktəbini
qurdular, təbiətşünaslıq, farmakologiya və əczaçılıq elmlərində müxtəlif əhəmiyyətli
kitablar yazdılar. [Durant, c.11]
Filip Xuri “Ərəb tarixi” kitabında yazır:
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
77
Müsəlmanlar arasında təbabətdən istifadə o dövrlərdə çox inkişaf etmişdi. Müsəlmanlar
ilk apteklər açan insanlardır. Onlar ən qədim əczaçılıq məktəbini qurdular. Həmçinin, o,
dərmanların necə birləşməsinə dair ilk kitab yazdılar və dərmanların tərkibi haqqında
çoxlu məqalələr təlif etdilər.
Corc Zidan bununla bağlı yazır:
Əczaçılıq təbabətin bir sahəsidir. Müsəlmanlar bu sahədə çoxlu xidmətlər göstərmiş,
Hindistandan və başqa yerlərdən çoxlu dərman bitkiləri toplamışlar. Bu hərəkət ilk dəfə
Yəhya bin Xalid Bərməkinin dövründə həyata keçirilmiş, sonralar müsəlmanlar arasından
dahi əczaçılar və həkimlər yetişərək hind və yunan dillərindən botanika və əczaçılıq
kitablarını tərcümə etmiş, əczaçılıqla bağlı kitablar yazmışlar. Tibb sahəsində araşdırma
aparan avropalı alimlər müəyyən etmişlər ki, müsəlmanlar bu elmin baniləridir. İlk dəfə
əczaçılıqla məşğul olan və yeni dərmanlar tapan müsəlmanlar olmuşlar.
Onlar günümzdəki kimi aptek açan ilk insanlardır. Bunun sübutu odur ki, indiyə qədər
fərənglilərin bəzi dərman və bitki adları müsəlmanların qoyduğu ərəb, hind və ya fars
adları ilə eynidir. Təbii ki, onların əczaçılıq elmindəki irəliləyişləri kimya və botanikada
irəliləyişləri sayəsində olub və heç bir şübhə yoxdur ki, müsəlmanlar öz təcrübələri ilə
yeni kimya elminin əsasını qoyublar. Xalid bin Yezid ilk dəfə kimya kitabını İsgəndəriyyə
məktəbindən götürərək ərəb dilinə tərcümə etdi. Sonra Cabir bin Həyyan, ondan sonra
Kendi, ondan sonra Əbu Bəkr Razi və başqaları həmin elmi inkişaf etdirdilər və bir çox
kimyəvi birləşmələr kəşf etdilər, həmin kəşflər əsasında yeni kimya yarandı.
Dr. Sigrid Hunke yazır:
İslam ölkələrinin xəstəxanalarında hər bir həkimin yeni dərmanı sınaqdan keçirməsi
mümkün idi. Dərman sınaqdan keçirən həkim, təcrübəsinin nəticəsini xüsusi dəftərdə şərh
etməli və öz nəzərini bildirməli idi, sonradan “sınaqdan keçmiş dərman” kimi istehsal
olunsun və tibb aləminə daxil olsun. Bu yolla qəhvə, kafur, kəbabə, kitre, dəvətikanı, Hind
qozu, ənbər və bir çox başqa dərmanlar İslam təbabəti xəzinəsinə daxil olmuş və sonradan
Avropaya yol tapmışdır. O vaxta qədər heç kimin diqqət etmədiyi bitkilər, ilk dəfə tibbi
dərman kimi istifadə olundu və bəzi bitkilər üçün yeni istifadələr kəşf edildi. Bu yolla ilk
dəfə müsəlman həkimləri ürək xəstəlikləri üçün qəhvədən, dizenteriya və ağır
yaralanmalarda isə üyüdülmüş qəhvədən istifadə etmişlər. Ürəyi canlandırmaq üçün
kafurdan, parazitləri dəf etmək üçün isə kəbabədən istifadə etmişlər.
Yunan həkimlərinin yüz illər boyu qusma və ishal üçün təyin etdiyi pis dadlı
dərmanların əvəzinə, Massəviyə və Razi səna yarpağı, Hindistan tamarindası yazırdılar.
Eyni zamanda digər bitkilərdən də dərmanın danını dəyişmək üçün istifadə edirdilər.
Dərman düsturlarının bir kitabda toplanması İslam alimlərindən qaynaqlanır. Onların
yazdıqları kitablar əsasında, əczaçılar 17-ci əsrə qədər dərmanlarını onların əsasında
hazırlayırdılar. Uzun müddət müsəlmanlar arasında yayılmış dərmanlar ticarət yolu ilə
Avropaya aparılırdı. Müsəlmanların idarə etdiyi Siciliyanın yaxınlığı Afrikalı Konstantinin
İslam tibbi kitablarının tam tərcüməsi ilə Avropa apteklərinə yeni nəfəs verdi. Onun şüası
Almaniyadakı Reyn çayına və Hildegard fon Bingenin yazılarına çatdı. Müsəlmanların
Avropa əczaçılarına bilavasitə elmi təsiri humanist eranın və İntibah dövrünün sonuna
qədər qaldı və 19-cu əsrə qədər də ona təsir etdi. 1758-ci ildə İbn əl-Bəytarın əczaçılıq
elminin bəzi hissələri yenidən nəşr olundu. Bu gün də hər bir xəstəxana, istər kimya
laboratoriyası, istər aptek, istərsə də hər hansı bitki tərkibli dərmanlar olan müəssisə, bütün
təşkilati vasitələri ilə İslam sivilizasiyasının əhəmiyyətinin canlı və hiss olunan heykəlidir.
Demək olar ki, hər üzəri örtülmüş tablet, avropalıların iki böyük İslam həkimi və iki
müəllimi Əl-Zəhravi və Zəkəriyyə Razi, İbn Sina və İbn Bəytarın kiçik xatirəsidir. [Dəşti,
1399 h.ş, 88]
Dr. Maks Meyerhof yazır:
Bu dövrdə bir neçə kitab farmakologiya haqqında yazılmış və bu mövzunun ən məşhur
müəllifi İbn əl-Bəyar olmuşdur. Bu böyük insan İspaniyadan Suriyaya qədər Aralıq dənizi
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
78
sahillərinin bütün bitki və dərmanlarını toplayıb və 1400-dən çox dərmanı izah etmişdir.
Bundan əlavə, o, sözügedən dərmanları 150-dən çox qədim və ərəb yazıçısının izahları ilə
müqayisə edib.Dərmanlar haqqında toplum olan bu əsər ən qeyri-adi əsərlərdən biridir və
ən böyük ərəb botanika kitabı hesab olunur. Bundan sonra İslam dünyasında indi də
istifadə olunan mürəkkəb dərmanlar haqqında ərəbcə kitablar yazılmışdır.
Qustav Lebon yazır:
Müsəlmanların tibb elmində ən mühüm nailiyyətləri cərrahiyyə və xəstəliklərin və
dərman növlərinin izahı və əczaçılıq texnologiyası sahəsində olmuşdur. Əsrlər boyu tərk
edilmiş xəstəliklərin müalicəsi üsullarını inkişaf etdirdilər. Yenə tibb elmi eyni üsullardan
istifadə edir, məsələn: tif xəstəliyinin müalicəsində soyuq suyun istifadəsi kimi.
Müsəlmanların, bitkilərin xüsusiyyətlərini qeyd etməsiylə, məsələn: borucuqlu kassiya,
səna, Hindistan tamarindası, qarğabükən, kafur, sipirt və digərlərinin xüsusiyyətlərini qeyd
etməsiylə tibb elmi müsəlmanlara borcludurlar. Həmçinin, indiyə qədər aramızda geniş
yayılmış bir çox ədviyə, məcun, hər cür şərbət və həlimlərin, məlhəmlər, yağlar və s.-nin
birləşməsində onların çoxlu xidmətləri olub. Bəzi hallarda, xəstəliklərin müalicəsində adət
olunan və istifadə edilən üsullar olub ki, indi, tərk edilmiş illərdən sonra yeni kəşflər adı
ilə yenidən istifadə olunur.
Həmçinin bəzi bitkilər və ağaclar xüsusi dərmanlarda isladılırdı ki, o dərmanın
xüsusiyyətini özünə cəzb etsin. Məsələn, İbn Zəhravi qəbizlikdən əziyyət çəkən
xəstələrini, dərmanların tərkibini özündə cəzb edən üzümlə müalicə edirdi. [İsfəhani, 1384
h.ş, c.1, s.207]
11.Nəticə
İslam dininin elm və təhsil üçün əhəmiyyəti səbəb oldu ki, qısa müddət ərzində
müxtəlif elmi sahələrdə, o cümlədən ilahi elm, fəlsəfə, tibb, səhiyyə, coğrafiya, fizika,
kimya və digər sahələrdə çoxlu kitablar yazıldı və tərcümə oldu. Onun bir hissəsi tərcümə,
digər hissəsi isə İslam alimlərinin müxtəlif elmi sahələrdə yeni araşdırmaları şəklində nəşr
edilmişdir. İslam sivilizasiyasının tarixini müzakirə edən və ya kitablar yazan alimlər,
Qərb alimləri, İslam sivilizasiyası tarixinin mühüm bir fəslini, müsəlmanların elmi
hərəkatına həsr etmişdir. Hər elm və texnikanın alimlərinin adlarını çəkməklə müxtəlif
elm sahələrini (müsəlmanların nəzarəti altında inkişaf edən və genişlənən) sadalamışlar.
Qərb tarixçilərinin açıq etirafına görə, Avropanın elmi hərəkatı müsəlmanların elmi
hərəkatından ilhamlanmışdır və avropalılar elmi hərəkatlarında İslam alimlərinə
borcludurlar!
ƏDƏBİYYAT SİYAHISI
1. Qurani-Kərim.
2. Hunke, Z. (1362 hicri-şəmsi). Allahs sonne über dem Abendland [Avropadakı İslam
Mədəniyyəti] (M. Rəhbani, Trans.).
3. Hunke, Z. (1362 hicri-şəmsi). Allahs sonne über dem Abendland [Avropadakı İslam
Mədəniyyəti] (M. Rəhbani, Trans., Vol. 2).
4. Campbell, D. (1926). Arabian Medicine and Its Influence on the middle Ages. London:
Kegan Paul.
5. Garrison, F. H. (1929). An Introduction to the History of Medicine. Philadelphia, PA &
London: W.B. Saunders.
6. Tumanyas (1336 hicri-şəmsi). Behdaşt dər dine İslam [İslam dinində gigiyena]. (H. Ə.
Xuruş, Trans.). İsfahan: Bongahe Mətbuatiye Mutəhhir.
7. Məclisi, M. B. (1404 h.q.). Biharul ənvar. Beyrut: Müəssiseyi əlvəfa.
8. Əyyan, B. (1362 hicri-şəmsi). Elm və din (B. Xürrəmşahi, Trans.). Tehran: Nəşri
Daneşgahi.
9. İsfəhani, Ə. (1384 hicri-şəmsi). Etirafat (Xədəmate İslam be Orupa). Tehran: İntişarate
Həzrət Əbbas (ə).
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
79
10. Etirafate daneşməndane bozorge cəhan. (1402 hicri-qəməri). Tehran: İntişarate Ayine
Cəfəri.
11. Zərkeli, X. (2002). Əl-Əlaam. Beyrut: Darul Elm lil-Məllayin.
12. əl-Əmin, M. (1403 h.q.). Əyanüş-şiə. Beyrut.
13. Kuleyni, M. ibn Y. (1407 h.q.). Əl-Kafi. Tehran: Darul-Kutubul İslami.
14. Hunke, Z. (1376 hicri-şəmsi). Fərhənge İslam dər Orupa (M. Rəhbani, Trans.).
Tehran: Dəftəre Nəşr Fərhənge İslami.
15. Bədvi, Ə. (1375 hicri-şəmsi). Fərhənge kamile xavərşenasan (Ş. Xakrənd, Trans.).
Qum: Mərkəze Mutaliat və Təhqiqate İslami Dəftəre Təbliğate İslami.
16. Xurşid, Ə., & Səidi, S. Ğ. (1347 hicri-şəmsi). İslam və Ğərb. Qum: İntişarate Daru əl-
Təbliğ İslami.
17. Aslanova, R. (2002). İslam və Mədəniyyət. Bakı: Azərbaycan Universiteti Nəşriyyatı.
18. Nikbin, N. (n.d.). İslam əz didgahe daneşməndane Ğərb. Tehran: Şirkəte Simane Fars.
19. Korbin, H. (1986). İslam felsefesi tarihi (H. Hatemi, Trans.). İstanbul.
20. Lewis, I. M. (1966). Islam in Tropical Africa. Oxford, UK: Oxford University Press.
21. Həsənli, S. (1998). İslam mədəniyyətində elm. Bakı: Elm və Həyat Nəşriyyatı.
22. Kraçkovski, İ. Yu. İbn Fədlanın Volqaya səyahəti. SSRİ Elmlər Akademiyasının
Nəşriyyatı.
23. Sarton, G. (1927). Introduction to the History of Science, From Homer to Omer
Khayyam. Baltimore, Washington, DC: Carnegie Institution of Washington.
24. Dölen, E. (2002). Kimya, Türkiye Diyanet Vakfı İslâm Ansiklopedisi. İstanbul: TDV
Yayınları.
25. Bammat, H. (1994). Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı:
Azərbaycan Dövlət Nəşriyyatı.
26. Əlveri, M. (1381 hicri-şəmsi). Mutaliate İslami dər Ğərb. Tehran: Simət.
27. Səmimi, M., & Mehrpuya, Ə. (1382 hicri-şəmsi). Muhəmməd dər Orupa. Tehran:
İntişarate İttilaat.
28. Walker, T., & Guillaume, A. (1325 hicri-şəmsi). Mirase İslam (M. Elm, Trans.).
Tehran: Ktabforuşiye Mehr.
29. İsa, Ə., & Əli, O. (2020). Müsəlmanların İntibaha tövhəsi. Bakı: “İdrak” İctimai
Birliyi.
30. Hedli, L. (1321 hicri-şəmsi). Nedaye İslam dər Ğərb (Ə. Hilaliyan, Trans.). Tehran:
Kitabforuşiye Hafiz.
31. Markus, M. (1348 hicri-şəmsi). Nəqşe İslam dər brabəre Ğərb (S. Q. Səidi, Trans.).
Qum: İntişarate Daru əl-Təbliğe İslamiye.
32. Davenport, J. (1348 hicri-şəmsi). Ozre təqsir be pişgah Muhəmməd və Quran (Səidi,
Q. Trans.). Qum: Mərkəze İntişarate Daru əl-Təbliğ İslami.
33. Ceydan, C. (1356 hicri-şəmsi). Tarixe təməddone İslami (Ə. Cəvahir Kəlam, Trans.).
Tehran: Mussiseye Əmir Kəbir.
34. Fəxrdai, M. (1382 hicri-şəmsi). Tarixe təməddone İslam və Ğərb. Tehran: Dünyaye
Kitab.
35. Hitti, F. X. (1344 hicri-şəmsi). Tarixe Ərəb (Ə. Payənde, Trans.). Təbriz: Kitabxaneye
Muhəmmədbaqir Həqiqət.
36. Vat, M. (1378 hicri-şəmsi). Təsire İslam bər Orupaye qorune vusta (H.
Əbdulmuhəmmədi, Trans.). Qum: Muəssiseye Amuzeşiye və Pejuheşiye İmam
Xumeyni.
37. Mustəğfəri, C. ibn Məhəmməd (1385 hicri-qəməri). Tibbun-Nəbiy (s). Nəcəf:
Məktəbətu əl-Heydəriyyə.
38. Keyhan qəzeti. (1355). Aban, No. 139998.
39. Heyət, C. (2010, March 19). İslam mədəniyyətinin Qərb mədəniyyətinin inkişafına
təsiri. 525-ci qəzet, p. 7.
ISSN: 2790-0029 (Print) HISTORY OF SCIENCE
ISSN: 2790-0037 (Online) 2024, vol 5, issue 4, serial 18, pp. 59-81
80
40. Arabian Medicine (1999), pp. 15-16.
41. Durant, V. J. (n.d.) Sivilizasiya tarixi, Vol. 11.
42. Dəşti, R. (1399 h.ş.). Məcəlleye tarixe pezeşki, No. 43, p. 88.
REFERENCES
1. The Quran. (in Arabic)
2. Hunke, Z. (1362 AH). Allah's Sun over the Occident [Islamic Culture in Europe]
(Trans. M. Rahbani). (in Persian)
3. Hunke, Z. (1362 AH). Allah's Sun over the Occident [Islamic Culture in Europe]
(Trans. M. Rahbani, Vol. 2). (in Persian)
4. Campbell, D. (1926). Arabian Medicine and Its Influence on the Middle Ages. London:
Kegan Paul. (in English)
5. Garrison, F. H. (1929). An Introduction to the History of Medicine. Philadelphia, PA &
London: W.B. Saunders. (in English)
6. Tumanyas. (1336 AH). Behdasht dar din-e Islam [Health in Islam]. (Trans. H. A.
Khurush). Isfahan: Muttahhir Publishing House. (in Persian)
7. Majlisi, M. B. (1404 AH). Bihar al-Anwar. Beirut: Al-Wafa Institute. (in Arabic)
8. Ayyan, B. (1362 AH). Elm va din [Science and Religion]. (Trans. B. Khorramshahi).
Tehran: University Press. (in Persian)
9. Isfahani, A. (1384 AH). Eterafaat [Confessions]. (The Contributions of Islam to
Europe). Tehran: Intisharat Hazrat Abbas. (in Persian)
10. Etirafate daneşməndane bozorge cəhan [Confessions of Great Scholars]. (1402 AH).
Tehran: Ayineh Jafari Publications. (in Persian)
11. Zarkali, K. (2002). Al-Alam. Beirut: Dar Al-Ilm Lilmalayin. (in Arabic)
12. Al-Amin, M. (1403 AH). Ayan al-Shi'a [The Eminent Shiites]. Beirut. (in Arabic)
13. Kulayni, M. ibn Ya'qub. (1407 AH). Al-Kafi. Tehran: Dar al-Kutub al-Islami. (in
Arabic)
14. Hunke, Z. (1376 AH). Farhang-e Islam dar Uropa [Islamic Culture in Europe].
(Trans. M. Rahbani). Tehran: Office of Islamic Culture Publications. (in Persian)
15. Badawi, A. (1375 AH). Farhang-e kamil-e khavarshenasan [Comprehensive
Encyclopedia of Orientalists]. (Trans. Sh. Khakrand). Qom: Islamic Studies and
Research Center of the Islamic Propaganda Office. (in Persian)
16. Khurshid, A., & Saidi, S. Q. (1347 AH). Islam va Gharb [Islam and the West]. Qom:
Islamic Propagation Institute Publications. (in Persian)
17. Aslanova, R. (2002). Islam and Culture. Baku: Azerbaijan University Press. (in
Azerbaijani)
18. Nikbin, N. (n.d.). Islam az didgah-e daneshmandane Gharb [Islam from the
Perspective of Western Scholars]. Tehran: Fars Sima Company. (in Persian)
19. Corbin, H. (1986). Islam felsefesi tarihi [History of Islamic Philosophy]. (Trans. H.
Hatemi). Istanbul. (in Turkish)
20. Lewis, I. M. (1966). Islam in Tropical Africa. Oxford, UK: Oxford University Press.
(in English)
21. Hasanli, S. (1998). Science in Islamic Culture. Baku: Elm va Hayat Publishing. (in
Azerbaijani)
22. Krachkovski, I. Yu. The Journey of Ibn Fadlan to the Volga. USSR Academy of
Sciences Publishing. (in Russian)
23. Sarton, G. (1927). Introduction to the History of Science, From Homer to Omar
Khayyam. Baltimore, Washington, DC: Carnegie Institution of Washington. (in
English)
24. Dolen, E. (2002). Chemistry, in Turkish Diyanet Foundation Encyclopedia of Islam.
Istanbul: TDV Publications. (in Turkish)
Tarlan Seyfullayev
ISLAM'S CONTRIBUTION TO SCIENCE IN EUROPE (AS DESCRIBED BY WESTERN SCHOLARS)
81
25. Bammat, H. (1994). The Role of Muslims in the Development of Western Culture.
Baku: Azerbaijan State Publishing House. (in Azerbaijani)
26. Alveri, M. (1381 AH). Mutaliat-e Islami dar Gharb [Islamic Studies in the West].
Tehran: Simat. (in Persian)
27. Samimi, M., & Mehrpuya, A. (1382 AH). Muhammad dar Uropa [Muhammad in
Europe]. Tehran: Ettela'at Publishing. (in Persian)
28. Walker, T., & Guillaume, A. (1325 AH). Miras-e Islam [The Legacy of Islam]. (Trans.
M. Elm). Tehran: Mehr Bookstore. (in Persian)
29. Isa, A., & Ali, O. (2020). The Contribution of Muslims to the Renaissance. Baku:
"Idrak" Public Union. (in Azerbaijani)
30. Hedli, L. (1321 AH). Neda-ye Islam dar Gharb [The Call of Islam in the West].
(Trans. A. Hilalian). Tehran: Hafez Bookstore. (in Persian)
31. Marcus, M. (1348 AH). Naqsh-e Islam dar barabar-e Gharb [The Role of Islam in
Confronting the West]. (Trans. S. Q. Saidi). Qom: Islamic Propagation Institute
Publications. (in Persian)
32. Davenport, J. (1348 AH). Uzr-e taqsir be pishgah-e Muhammad va Quran [An
Apology to Muhammad and the Quran] (Trans. S. Gholamreza). Qom: Center for
Islamic Propagation Publications. (in Persian)
33. Jeydan, J. (1356 AH). Tarikh-e tamaddon-e Islami [History of Islamic Civilization].
(Trans. A. Javaher Kalam). Tehran: Amir Kabir Institute. (in Persian)
34. Fakhrdai, M. (1382 AH). Tarikh-e tamaddon-e Islam va Gharb [History of Islamic
Civilization and the West]. Tehran: The World of Books. (in Persian)
35. Hitti, F. X. (1344 AH). Tarikhe Arab [History of the Arabs] (Trans. A. Payande).
Tabriz: Muhammadbaqir Haghighat Library. (in Persian)
36. Watt, M. (1378 AH). Tesire Islam bar Orupaye qorune vusta [The Influence of Islam
on Medieval Europe]. (Trans. H. Abdulmuhammadi). Qom: Imam Khomeini
Educational and Research Institute. (in Persian)
37. Mustaghfari, J. ibn Mahammad (1385 AH). Tibbun-Nabiy (PBUH) [The Medicine of
the Prophet (PBUH)]. Najaf: Al-Haydariyah Bookstore. (in Arabic)
38. Keyhan Newspaper. (1976). Aban, No. 139998. (in Persian)
39. Heyat, J. (2010, March 19). The Influence of Islamic Culture on the Development of
Western Culture. 525th Newspaper. (in Azerbaijani)
40. Arabian Medicine. (1999), pp. 15-16. (in English)
41. Durant, V. J. (n.d.) History of Civilization, Vol. 11. (in English)
42. Dashti, R. (2020). Journal of the History of Medicine, No. 43, p. 88. (in Persian)